Ələkbərlinin sözləri erməniləri vəlvələyə saldı: Gəlirlər!

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərlinin Feysbuk hesabındakı paylaşımına Ermənistandan reaksiyalar davam edir.
Sherg.az Globalinfo.az-a istinadla xəbər verir ki, bu dəfə Ermənistanın Kanadadakı keçmiş səfiri Ara Papyan “narahatlığını” ifadə edib.

“Nikolun vəd etdiyi gələcək gəlir. Yeni qonşuları qarşılamağa, üzr istəməyə və təzminat ödəməyə hazır olun. Siyahıda 250 mindən çox ad var”, - A.Papyan bildirib.

Qeyd edək ki, Ə.Ələkbərli 1987-91-ci illərdə Ermənistanda soyqırım və məcburi köçürülməyə məruz qalan şəxslərin tam siyahısını, o cümlədən onların dədə-baba yurd yerlərinin dəqiq ad və sayını müəyyənləşdirərək, yaxın vaxtlarda dərc edəcəklərini açıqlayıb.