Şuşada Beynəlxalq Sahibkarlar Forumu: İlk panel müzakirə

Şuşada keçirilən Beynəlxalq Sahibkarlar Forumunda ilk panel müzakirə aparılıb.
"Report"un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, panel müzakirələr “Startapların və gələcək inklüziv texnologiyaların önəmi” mövzusuna həsr edilib.
ICESCO-nun Baş direktorunun elm və təhsil üzrə müşaviri Məhəmməd Şərifin moderatorluğu ilə aparılan müzakirələrdə Mədəniyyət Nazirliyinin Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov, Bakı Dövlət Universitetinin rektoru, professor Elçin Babayev, ICESCO-nun Kənd Təsərrüfatı İnkişaf Təşkilatının (AOAD) əməkdaşı Osama Rayis, Liviyanın Baş nazirinin keçmiş müavini, Sahibkarlıq üzrə böyük məsləhətçi Məhəmməd Əhməd Ələsvad iştirak ediblər.
Rəsmilər startapların müxtəlif sahələr üzrə tətbiqinin əhəmiyyətindən, sahibkarlıq və yaradıcılığın vəhdətindən, yeniliklərin tətbiqi sahəsində ölkələr arasında əməkdaşlığın, fikir mübadiləsinin gücləndirilməsindən bəhs ediblər.
Panel ümumi müzakirələr və sual-cavablar yekunlaşıb.