
Qida eksperti: Dondurma alarkən bunlara diqqət etməliyik
Yusif Sultanoğlu
08:54 11.06.2024
Cəmiyyət
650
Qızmar yay günlərinin əvəzedilməz qidalarından biri də dondurmadır.Çünki əksəriyyət dondurma yeyərək sərinləyir. Lakin satışda kifayət qədər saxta, keyfiyyətsiz məhsulların olduğu da hər kəsə bəllidir. Hətta, dondurmalardan zəhərlənmələr də qeydə alınır.
Maraqlıdır, dondurma alarkən nələrə diqqət etməliyik vəsaxlanma şəraiti necə olmalıdır?
Suallarımızı cavablandıran qida eksperti Ağa Salamov "Sherg.az"a söyləyib ki, istehsalatda iş sonrası avadanlıqların düzgün yuyulması və dezinfeksiyası şərtdir. Əks halda, qida zəhərlənməsi qaçılmazdır:

“Dondurma süd məhsulundan hazırlandığı üçün riskli qidalara daxildir. Ona görə də düzgün dezinfeksiya olunmayan avadanlıqlardan çarpaz çirklənmə nəticəsində məhsulda bulaşma baş verir. Dondurmalar soyuq qida zəncirində mənfi 18 dərəcə soyuducu ilə təchiz olunmuş maşınlarda daşınmalıdır. Marketlərdə isə dondurmaların mənfi 18 dərəcə soyuducularda mühafizə olunması şərtdir. Burada market inzibatçılarının üzərinə düşən vəzifə dondurucunun qapağının açıq olmaması və mütəmadi nəzarətin gücləndirilməsidir. Bəziləri Soyuducudan dondurma götürərkən onun qapağını açıq qoyurlar. Bu zaman isti hava kütləsi soyuducuya daxil olur və dondurmalar əriyir. Bir dəfə donu açılıb ikinci dəfə dondurulan dondurmalar təhlükəlidir və qida zəhərlənməsinə yol açır. Bu, generator ilə təmin olunmayan müəssisələrə də aiddir. Elektrikin getməsi nəticəsində də soyuducularda temperatur dəyişir və bu da dondurma ilə yanaşı, başqa riskli məhsulların donunun açılmasına səbəb olur. Əgər dondurma qabı deformasiyaya uğrayıbsa və ya ağızda buz kristalları hiss olunursa, bu cür dondurmalardan uzaq olmaq lazımdır. Bəzən soyuducunun ən alt qatında qalan dondurmaların vaxtı keçmiş olur. İstehlakçılar mütləq dondurmaların son istifadə tarixinə nəzər salmalıdırlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan ilə Banqladeş arasında viza rejimi sadələşdirilir
00:18 23.09.2026
Siyasət
Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü
23:57 22.09.2026
Aktual
Ərdoğandan Fələstini tanımayan ölkələrə çağırış...
22:58 22.09.2026
Dünya
Zelenski və Tramp Nyu-Yorkda görüşdü
22:15 22.09.2026
Gündəm
Yalçın Rəfiyev BMT Baş Assambleyasında çıxış etdi
22:02 22.09.2026
Siyasət
Pezeşkianın təyyarəsi Əlcəzairdə eniş etdi
21:36 22.09.2026
Gündəm
Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
21:01 22.09.2026
Dünya
Saatlar 1 saat geri çəkiləcəkmi?
20:51 22.09.2026
Dünya
Quterreş BMT tribunasında vida çıxışı etdi
20:28 22.09.2026
Dünya
Tramp Qrenlandiya və Danimarka ilə təhlükəsizlik sazişi imzalayıb
20:07 22.09.2026
Gündəm
Tramp İlham Əliyevdən sitat gətirdi
19:37 22.09.2026
Gündəm