Qazax Regional İnkişaf Resursları İB Qərb bölgəsində təlimlər keçirir

Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi  ilə həyata keçirdiyi, “Qazax, Ağstafa və Tovuz rayonlarında ictimai içtirakçılığın artırılmasına dəstək “ layihəsi çərçivəsində Qazax rayonunun Hüseynbəyli və Canalı kəndinin icma üzvləri arasında təlim keçirdib.



Qazax Regional İnkişaf Resursları İctimai birliyindən Sherg.az-a verilən məlumata görə,təlimdə əsasən, “İcmaların yaradılması və fəaliyyəti”, “İctimai iştirsakçılığın artırılması, icma üzvlərinin qərarvermə prosesinə cəlb olunması ,” “icma üzvlərinin problem ətrafında təşkilatlanması” mövzularında müzakirələr aparılıb. Bundan başqa, icma üzvləri  yaşadıqları icmanın aktual problemləri və onların həlli barədə fikirlər söylədilər.

Yaxın günlərdə təşkilat Ağstafa və Tovuz rayonlarında da anoloji təlim keçirməyi planlaşdırır.