Daxili işlər nazirinin müavini BMT-nin Polis Rəisləri Sammitində iştirak edir

Daxili işlər nazirinin müavini polis general-leytenantı İsmət Əliyev Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı mənzil-qərargahında BMT-nin Polis Rəislərinin Sammitində iştirak edir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanında daimi nümayəndəliyi məlumat yayıb.
"Daxili işlər nazirinin müavini polis general-leytenantı cənab İsmət Əliyevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında Birləşmiş Millətlər Təşkilatının Polis Rəislərinin Sammitində iştirak edir", – məlumatda diqqətə çatdırılıb.