Problemlərə görə şirkət informasiyanı gizlədərək, əldə hansı maşın varsa onu xidmətə göndərir
İyulun 1-dən etibarən taksilərlə bağlı yeni tələblər qüvvəyə minsə də, bu gün köhnə avtomobillərlə taksi fəaliyyətinə hələ də rast gəlinir. İnsanlar şikayət edilər ki, taksi operatorları vasitəsilə taksi sifariş verdikdə sistemdə qeyd olunan yeni avtomobilin əvəzinə tamamilə başqa, köhnə avtomobil gəlir. Təəssüf ki, bu gün bu cür hallar mövcuddur”.
Bunu Bakupost.az -a nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, avtomobili köhnə olan taksi sürücüləri yaxın qohumlarının yeni avtomobili ilə sistemdə qeydiyyatdan keçərək köhnə avtomobilləri ilə taksi xidməti göstərirlər. Hətta bu kütləvi hal almağa başlayıb. Bu da insanlar tərəfindən narazılıqla qarşılanır:
“Belə hallara yol vermək olmaz. Bu, qanunsuzluqdur. Bu məsələyə sistem üzərindən nəzarət etmək mümkün olmur. Yalnız küçələrdə reydlər təşkil etməklə bu cür halların qarşısının alınması mümkündür. Reydlər zamanı qaydaları pozan sürücülərə qarşı cərimə sanksiyası tətbiq olunacaq və onlar xəttən kənarlaşdırılacaqlar".
Nəqliyyat eksperti İlqar Hüseynli isə "Sherg.az"a bildirib ki, ilk gündən bu sistemə doğru yanaşma tətbiq olunmadı:
“Avtomobil parkının tamamilə yenilənməsi kifayət qədər vəsait tələb edir. Bu qanunun qüvvəyə minməsinə qədər taksi fəaliyyəti ilə məşğul olub ailəsini maddi imkanlar ilə təmin edən şəxslər var idi. 3 ayın içərisində bu qərar qəbul edilməli deyildi. Düşünürəm ki, dövlət taksi xidməti kimi fəaliyyət göstərən şirkətlər üçün bu müddəti uzatmalıdır. İyulun 1-i tez bir müddətdir. Problemdə bu səbəblərdən qaynaqlanır. Taksi şirkəti informasiyanı gizlədərək, əldə hansı maşın varsa onu xidmətə göndərir. Şirkət Nazirlər Kabinetinə və dövlətə müraciət etməlidir ki, avtomobil parkımı yeniləmək üçün maddi imkanları yoxdur, bunun üçün biraz vaxt verin. Burada 70 minə yaxın taksi xidməti ilə məşğul olan insanın ailəsinin maddi durumundan söhbət gedir. Avtomobil parkının yenilənməsi üçün çıxış yolu vaxtın uzadılmasıdır. Ən azından 2024-cü ilin sonuna qədər vaxt verilməlidir”.