"Barbie" filminin ulduzu Marqot Robbi ana olur


"Greta Gerwig"-ə bütün zamanların "ən böyük açılış gəlirinə sahib qadın rejissoru" adını qazandıran "Barbie", 2023-cü ilin ən çox qazanan filmi oldu. 2023-cü ilin ən yaxşı açılışını edən film bütün dünyada fenomen oldu və adını kino tarixinə qızıl hərflərlə yazdırdı.

Sherg.az xəbər verir ki, filmdə rol alan Margot Robbie ifasına görə tamaşaçılar və tənqidçilərdən tam qiymət alıb.

Avstraliyalı aktrisanın hamilə olduğu üzə çıxıb. Qarnı görünən 34 yaşlı Robbi həyat yoldaşı ilə Komo gölündə görüntülənib.

2013-cü ildə “Suite Française” filminin çəkiliş meydançasında tanış olan cütlük 2016-cı ildə ailə həyatı qurub.

Cütlüyün LuckyChap adlı prodüser şirkəti də var.

Məşhur cütlük 2014-cü ildə bir neçə yaxın dostu ilə birlikdə "LuckyChap Entertainment" prodüser şirkətini qurdu.