Acun Ilıcalıdan təbrik: Ad günün mübarək, canım qızım!

Banu, Leyla, Yasemin və Melisa adlı 4 qızı olan Acun Ilıcalı işinin sıx olması səbəbindən fürsət tapdıqca qızları ilə görüşməyə laqeyd qalmır.

Sherg.az xəbər verir ki, İlıcalının ikinci həyat yoldaşı Zeynep Yılmazdan olan qızı Yasemin Ilıcalının 17 yaşı tamam olub. Məşhur televiziya xadimi qızının ad gününü sosial media hesabında qeyd edib.

Acun Ilıcalı qızına "Sevgili qızım, inşallah, uzun illər birlikdə keçirəcəyik, doğulduğun üçün xoşbəxtəm. Sevinirəm ki, Allah mənə sənin kimi bir qız verib. Səni çox sevirəm" deyib.