Rəis Rəsulzadə də parlament seçkilərinə qatılır?  - Açıqlama

Azərbaycan növbədənkənar parlament seçkilərinə hazırlaşır. 2024-cü il sentyabr ayının 1-də seçkilər keçiriləcək.

Xatırladaq ki, COP29 tədbiri ilə bağlı iyunun 21-də Azərbaycan parlamenti özünün buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin olunması üçün Prezident İlham Əliyevə müraciət edib.

"Sherg.az"ın əməkdaşı Azərbaycan Demokratik Respublikasının banilərindən biri olan Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə ilə əlaqə saxlayaraq, onun seçkilərdə iştirak etmək istəyib-istəmədiyini soruşub.

Rəis Rəsulzadə bildirib ki, bu barədə hələ fikirləşməyib. 

"Seçkilərdə namizədliyimi irəli sürməyi fikirləşməmişəm. Ona görə bu barədə bir şey deyə bilmərəm. Ümid edirəm ki, namizədlər hər kim olursa, olsun,verdikləri qərarlar Azərbaycan xalqının xeyrinə olacaq".