Amerikalı səyyah: Təəssüf ki, münaqişə nəticəsində xeyli sayda insan mina qurbanı olub

“Hesab edirəm ki, Azərbaycan və Ermənistan, eləcə də hər iki xalqın nümayəndələri arasında sülh əldə olunmalıdır”.

Bunu APA-ya açıqlamasında Qarabağa səfər edən ABŞ-dan olan səyyah Şalvin Şah bildirib: “Bu gün biz səfərə gəldiyimiz Qarabağın tarixi, eləcə də Ermənistanla Azərbaycan arasında keçmişdə olan münaqişə ilə bağlı zəngin məlumat almaq imkanı əldə etmişik. Bu səfər bizə imkan verir ki, əslində nələrin baş verdiyi ilə bağlı informasiyanı əyani şəkildə öyrənək. Çox təəssüf edirəm ki, münaqişə nəticəsində hər iki tərəfdən xeyli sayda insan mina partlayışlarının qurbanı olur. Mən özüm sülhün tərəfdarıyam. Hesab edirəm ki, həm Azərbaycan və Ermənistan, həm də hər iki xalq arasında sülh əldə olunmalıdır”.