NATO: "Ukrayna müharibəsini bitirməyin ən qısa yolu Kiyevi silahla təmin etməkdir"

NATO-nun baş katibi Yens Stoltenberq Norveçin paytaxtı Osloda Rusiya-Ukrayna müharibəsini dəyərləndirib.

Sherg.az xəbər verir ki, Stoltenberq jurnalistlərə açıqlamasında Ukrayna müharibəsini bitirməyin ən qısa yolunun Kiyevi silahla təmin etmək olduğunu bildirib. 

NATO lideri həmçinin Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb. O, Pekinin yardımının müharibənin davam etməsində mühüm amil olduğunu bildirib.

Stoltenberq, "Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici tərəfdarı oldu. Rusiyanın istifadə etdiyi silahların çoxunu Çin istehsal edir" deyə qeyd edib.

O xəbərdarlıq edib ki, Pekinin Ukraynada müharibəni davam etdirməsi onun maraqlarına və reputasiyasına mənfi təsir göstərə bilər.

Çin daha əvvəl NATO-nun oxşar bəyanatlarını “zərərli” və qərəzli adlandırmışdı.

Ukrayna prezidenti Vladimir Zelenski iyul ayında Rusiya ilə “məhdud” ortaqlığı olan Çinin vasitəçilik etməsini istəmədiyini, lakin Çinin müharibəni dayandırması üçün Rusiyaya daha çox təzyiq göstərəcəyinə ümid etdiyini bildirib.