İranın Rusiyanı silahlandırması reallıqdır

Rejim sona qədər təcavüzkar ölkələrlə bir sırada dayanacaq

“Lakin dünya sürətlə dəyişir və rejimlərin yarpaq töküşü birdən və sürətlə başlayacaq”

  İranın Rusiyaya ballistik raket satması ilə bağlı xəbərlər yenidən gündəmdədir.
Amerikanın iki nüfuzlu media orqanının verdiyi məlumata görə, İran Qərb ölkələrinin xəbərdarlıqlarına baxmayaraq, Ukraynadakı müharibədə istifadə üçün Rusiyaya ballistik raketlər göndərib.
Böyük Britaniyanın "The Times" nəşri nəşr əvvəlki saylarında İranın Rusiyaya PUA-lar verdiyini, Rusiyanı müasir silahlarla təmin etdiyini yazırdı. Ötən gün isə İranın Rusiyaya 200-dən çox ballistik raket göndərdiyini yazıb.
Nəşrin məlumatında deyilir ki, bu partiyada, ehtimal ki, 112 km-ə qədər məsafədəki hədəflərə çatan Fat-300 raketləri var. Hələ bu ayın ilk günündə Avropa rəsmiləri İranın yaxın gələcəkdə Rusiyaya ballistik raketlər tədarük edəcəyini gözlədiklərini bildirmişdilər. Birləşmiş Ştatlar və NATO müttəfiqləri Tehranı belə bir addımla bağlı dəfələrlə xəbərdar edib və bunun qarşısını almaq üçün diplomatik səylər göstəriblər. Qeyd ediblər ki, ABŞ və onun tərəfdaşları Ukraynadakı müharibə kontekstində Rusiya ilə qarşılıqlı fəaliyyətlə bağlı İrana qarşı ciddi tədbirlər görməyə hazırdır.
ABŞ-nin ardınca daha üç ölkə - Almaniya, Fransa və Böyük Britaniya İranın "İran Air" aviaşirkətinə qarşı sanksiya tətbiq etməyə hazırlaşır.
Bu barədə Almaniya Xarici İşlər Nazirliyinin dərc etdiyi Almaniya, Fransa və Böyük Britaniyanın xarici işlər nazirlərinin birgə bəyanatında deyilib.
Bəyanatda bildirilib ki, üç ölkənin hakimiyyət orqanları dərhal yeni tədbirlər görmək, xüsusən də İranla hava əlaqəsi sazişlərini dayandırmaq və “İran Air”ə qarşı sanksiyaların tətbiqi üzərində işləmək niyyətindədirlər. Bu addım Tehranın Rusiyaya silah tədarükünün davam etməsinə cavabdır.
  Bəyanatda deyilib: “Biz Almaniya, Fransa və Böyük Britaniya hökumətləri İranın Rusiyaya silah ixracını və Rusiyanın İrandan ballistik raketlər almasını qətiyyətlə pisləyirik. Bu, həm İran, həm də Rusiya tərəfindən eskalasiyadır və Avropanın təhlükəsizliyinə təhdiddir. Biz İranla ikitərəfli hava əlaqəsi müqavilələrini ləğv etmək üçün dərhal hərəkətə keçəcəyik. Bundan əlavə, İranın ballistik raket proqramında, ballistik raketlərin və digər silahların Rusiyaya ötürülməsində iştirak edən əsas təşkilat və şəxsləri müəyyən etməyə davam edəcəyik.
  Bəyanatda qeyd olunur ki, üç ölkə öz cavab tədbirlərini avropalı və beynəlxalq tərəfdaşlarla əlaqələndirir və İrandan Rusiyaya hərbi dəstəyini, eləcə də ballistik raket ixracını dərhal dayandırmasını tələb edir.
ABŞ dövlət katibi Antoni Blinken Britaniya xarici işlər naziri Devid Lammi ilə keçirdiyi mətbuat konfransında deyib ki, İranın Rusiyanı ballistik raketlərlə təmin etməsi bütün Avropa üçün təhlükədir. Blinken qeyd edib ki, “Fath-360” ballistik raket sistemindən istifadə etmək üçün onlarla Rusiya hərbi qulluqçusu İranda təlim keçib: "Rusiya indi bu ballistik raketləri alıb və çox güman ki, onları bir neçə həftə ərzində Ukraynada ukraynalılara qarşı istifadə edəcək. Rusiyanın özünün də bir sıra ballistik raketləri var, lakin İran raketlərinin tədarükü Rusiyaya öz arsenalından əsasən cəbhə xəttindən daha uzaqda olan hədəflər üçün istifadə etməyə imkan verir”.
  İranın Rusiyaya ballistik raket satması ilə bağlı KİV-də müxtəlif fikirlər səslənsə də, İranın Xarici İşlər Nazirliyi məsələni təkzib edib. Həmçinin İranın BMT-dəki nümayəndəsi də bu fikirdə təkid edib. Rusiya da öz növbəsində İranın bu mövqeyini təsdiqləyib.
  İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Nasir Kənani "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib ki, ABŞ hakimiyyətinin İranın Rusiya və digər ölkələri silahla təmin etməsi ilə bağlı ittihamları yalandır: “İranın bəzi ölkələrə silah tədarükü ilə bağlı yalan və aldadıcı xəbərlərin yayılması sadəcə olaraq iyrənc təbliğat və yalandır”. Nasir Kənani həmçinin qeyd edib ki, ABŞ bu dezinformasiyanı Vaşinqtondan və digər Qərb ölkələrindən İsrailə və onun Qəzza zolağındakı əməliyyatlarına “qeyri-qanuni dəstəyin” həcmini gizlətmək üçün yayır.
 Qeyd edək ki, beynəlxalq hüquqa görə sanksiyalar bir cəza sistemidir və hazırda istər ABŞ, istər Avropa İttifaqı dövlətləri, istərsə də G7 ölkələri tərəfindən dəstəklənən sanksiyalar dünyada gedən siyasi-hərbi proseslərin nəticəsi kimi qiymətləndirilməlidir. ABŞ-nin və Avropanın sanksiyalarının İran dövlətinə təsirlərinə gəldikdə isə
siyasi şərhçi Aqşin Kərimov isə deyib ki, İran Rusiya-Ukrayna müharibəsi vasitəsilə özünün silah arsenalını və müdafiə sənayesindəki yeni silahlarını dünya bazarında reklam etmək üçün kampaniya aparan bir ölkə statusunu qazanıb: