Hamburgerdən 49 nəfər zəhərləndi, 1 nəfər öldü

 ABŞ-da McDonald's burgerləri E.Coli bakteriyasına görə bir çox insanı xəstələndirib. ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) məlumatına görə, indiyədək 49 hadisə qeydə alınıb. Bu xəstələrdən 10-u xəstəxanaya yerləşdirilib, bir nəfər isə dünyasını dəyişib. 
Sherg.az xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi çərşənbə axşamı bildiriblər ki, 10 ştatda ən azı 49 nəfər xəstələnib, hadisələrin əksəriyyəti Kolorado və Nebraska ştatında baş verib. CDC, xəstələnən insanların əksəriyyətinin McDonald's-da hamburger yediklərini söyləyib. 


McDonald's açıqlamasında dilimlənmiş soğanların tək bir təchizatçı tərəfindən təmin edildiyini və xüsusi paylama mərkəzlərinə göndərildiyini deyib. Şirkət bəzi ştatlarda bu məhsulun tədarükdən çıxarıldığını və sendviçin müvəqqəti olaraq menyudan çıxarıldığını açıqlayıb.

"Biz qida təhlükəsizliyini son dərəcə ciddiyə alırıq" deyən McDonald's rəhbərliyi bu qərarın doğru addım olduğunu vurğulayıb. 


Ümumiyyətlə zərərsiz olan bu bakteriyalar bəzi hallarda toksinlər çıxararaq ciddi sağlamlıq problemlərinə səbəb ola bilər.

İnfeksiyanın simptomlarına şiddətli və qanlı ishal, qusma və qızdırma daxildir.