Tramp isə İsrail üçün daha çox işlər görəcəyini vəd edir
Prezident seçkiləri yaxınlaşdıqca, ABŞ-də Qəzzaya yönəli müzakirələr gündəmdə qalmaqdadır.
Sherg.az xəbər verir ki, Demokrat namizəd Kamala Harris Qəzzada insan itkisini "vicdansızlıq" adlandırıb və HƏMAS lideri Sinvarın öldürülməsinin müharibəni bitirmək üçün bir fürsət olduğunu irəli sürüb. Respublikaçı namizəd Donald Tramp isə “İsrail üçün çox şey edəcəyik, onların arxasındayıq” deyib. Tramp həmçinin İsrailin baş naziri postuna namizəd ola biləcəyini və səslərin 97 faizini ala biləcəyini iddia edib.