Türkiyə Milli Müdafiə naziri Yaşar Gülər, Türk Aerokosmik Sənaye Anonim Şirkətinin (TUSAŞ) terrorçuların hədəfində olmasının təsadüf olmadığını ifadə edərək, "Türkiyə heç vaxt heç bir təhdid qarşısında boyun əyməyib və boyun əyməyəcək. Biz bundan sonra da onların niyyətlərini pozmağa davam edəcəyik" deyib.
Sherg.az xəbər verir ki, terror təşkilatlarına qarşı əməliyyatların davam etdiyini bildirən nazir Gülər Suriya və İraqda 47 hədəfin məhv edildiyini açıqlayıb.
Ötən gün Ankaranın Kahramankazan rayonunda TUSAŞ-nin obyektlərinə qarşı terror aktı törədilib. Hücum nəticəsində 5 nəfər şəhid olub, 19 nəfər yaralanıb.