Akif Aşırlı panellərdən birinə spikerlik edib, eyni zamanda məruzə ilə çıxış edib
Ankarada Hacı Bayram Vəli Universitetində oktyabrın 24 -də Türk milli düşünçə sistemini formalaşdıran, Atatürkün "fikir babam" deyə xatırlatdığı filisof alim, ideoloq Ziya Gökalpın vəfatının 100-cü ildönümünə həsr olunan simpozium keçirilib.
Hacı Bayram Vəli universiteti, Türk Ocaqları Genəl Mərkəzi , Türksoy, TürkTav və digər önəmli qurumlarin təşkilatçılığı ilə keçirilən simoziumdan önçə Ziya Gökalpın fotoşəkillərindən, kitablarından, şəxsi əşyalarından ibarət sərginin açılışı olub. Universitetin akt zalında simpoziumun açılıştprəni keçirilib.
Türk Ocaqları Genəl Mərkəzi başqanı professor Mehmet Öz elmi toplantının keçirilməsində böyük əmək sərf edən təşkilatçılara, Hacı Bayram Vəli universitetinin rektoru, professor Mehmet Nadi Bostancıya təşəkkürünü bildirib. Mehmet Öz Ziya Gökalpın fikir və düşüncələri ətrafında çıxış edib.
Hacı Bayram Vəli universitetinin rektoru professor Mehmet Nadi Bostancı Ziya Gökalpın və həmin dövrdə yaşayan aydınların fəaliyyətinə tarixi nəzər salıb, Ənvər Paşanın, Ziya Gökalpın, Mustafa Kamal Paşa Atatürkün fəaliyyət və düşüncələrində romantizmi incələyib.
Qeyd edək ki, simpoziumun gedişində Ziya Gpkalpın həyatını, elmi, içtimai və siyasi fəaliyyətini əhatə edən 5 panel keçirilib, alimlərin müxtəlif istiqamətlərdə məruzələri dinlənilib.
"Şərq Media Qrup" un rəhbəri, Azərbaycan Türk Ocağının sədri, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı panellərdən birinə spikerlik edib, eyni zamanda məruzə ilə çıxış edib.