Hacıyev COP29-un Azərbaycanda keçirilməsini tənqid edənlərə cavab verib
05:48 12.11.2024
Gündəm
451
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən səsləndirilən "Azərbaycan neft ölkəsi kimi COP29 keçirə bilməz" fikrini şərh edib.
"Report" xəbər verir ki, Prezidentinin köməkçisi COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, ümumiyyətlə 29 COP keçirilib. Burada İsveçrədən başqa, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkələr olub.
"Məsələnin digər tərəfi də budur ki, ümumiyyətlə qazıntı yanacaqları ilə əlaqədar bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olan tərəflər qazıntı yanacaqlarının istifadəçisidir. Burda yenə də ucuz xarakterli populist elementləri görürük. Bu gün dünyanın real tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlim dəyişikliklərinə mənfi təsir göstərir, ancaq bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələr aparılmalıdır", - Prezidentin köməkçisi qeyd edib.
O əlavə edib ki, bu günə qədər COP-a ev sahibliyi edən ölkələr bu və ya digər formada qazıntı yanacaqları, kömür istehsalçılarıdır:
"Bizdən əvvəl Avropa ölkələri bu tədbirə ev sahibliyi edib. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır. COP həmçinin Böyük Britaniyada Qlazqoda keçirilmişdi. Qlazqo dünyada kömür istehsal edən mərkəzlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar deyil, nəticəyönlü müzakirələrə töhfə vermək lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında daha iki tankerdə yanğın baş verib
15:29 30.10.2026
Dünya
Rusiya ilə Avropa müharibəsinin qalibi olmayacaq - POLİTOLOQ
15:06 30.10.2026
Gündəm
Bakı-Balakən-Bakı qatarının hərəkəti bərpa edilir
14:36 30.10.2026
İnfrastruktur
Ukrayna Rusiyaya sanksiya tətbiq etdi
14:22 30.10.2026
Dünya
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:11 30.10.2026
Hadisə
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
13:57 30.10.2026
Sosial
Rusiya ilə Avropa arasında müharibə qapıdadır - ŞƏRH
13:51 30.10.2026
Gündəm
Qətərli vasitəçilər danışıqlar aparmaq üçün İrana gedib
13:41 30.10.2026
Gündəm
Azərbaycan-Gürcüstan sənədləri imzalanıb - FOTO
12:58 30.10.2026
Gündəm
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə