Mişustin Bakıda BMT Baş katibi ilə görüşüb

Rusiya hökumətinin sədri Mixail Mişustin Bakıda BMT-nin baş katibi Antonio Quterreşlə görüşüb.
APA-nın Moskva müxbiri xəbər verir ki, görüş Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Sazişinin Tərəflər Konfransı COP-29 çərçivəsində baş tutub.

Qeyd olunub edək ki, Mişustin COP-29-da iştirak etmək üçün bu gün Azərbaycan paytaxtına səfər edib.