Keçən il Türkiyənin İskenderun limanı 60 milyon tona yaxın yük qəbul edib
Yusif Nəzərli
16:05 06.02.2025
İqtisadiyyat
510
Keçən ilin yanvar-dekabr aylarında Türkiyənin İskenderun limanı 58 milyon 258 min 892 ton yük qəbul edib.
Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirlikdən verilən məlumata görə, İskenderun limanından Türkiyə bayrağı altında üzən 2 milyon 508 min 551 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 55 milyon 750 min 341 ton yük daşınıb.
Keçən ilin yanvar-dekabr aylarında İskenderun limanından 4 milyon 733 min 136 ton tranzit yük aşırılıb.
Qeyd edək ki, bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 30 milyon 59 min 943 ton təşkil edib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 369 milyon 354 min 614 ton olub”, – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, nazirlikdən verilən məlumata görə, 2024-cü ilin dekabr ayında Türkiyə limanları 35 milyon 543 min 549 ton yük qəbul edib.
“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 2 milyon 585 min 922 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 32 milyon 957 min 627 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.
Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanlarından 69 milyon 64 min 361 ton transit yük daşınıb.
Bununla yanaşı, 2024-cü ilin dekabr ayında Türkiyə limanlarından 5 milyon 539 min 643 ton transit yük daşınıb.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında Türkiyə limanları 60 min 594 gəmi qəbul edib.
“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 39 min 600, Türkiyə bayrağı altında olan gəmilər isə 20 min 994 olub”, – deyə nazirlikdən bildirilib.
2024-cü ilin dekabr ayında Türkiyə limanları 4 min 505 gəmi qəbul edib.
Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin 3 min 42, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 463 olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi