
"Qoz qızıla dönüb, xəbəri yox müştərilərin": Bu 200 faizə qədər bahalaşma deməkdir
09:47 17.03.2025
İqtisadiyyat
547
Ölkəmizdə bayramqabağı qiymətlərin bahalaşması artıq bir növ ənənəyə çevrilib. İstər Yeni il, istərsə də Novruz bayramından bir neçə həftə öncə bayram günlərində daha çox tələb görən məhsullarda ciddi qiymət artımları özünü göstərir.
Bu il həm Novruz, həm də Ramazan bayramı eyni ərəfəyə düşür.
Hazırda bazardakı vəziyyət nə yerdədir?
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, Azərbaycanda bayram öncəsi bir sıra xüsusi növ ərzaq və kənd təsərrüfatı məhsullarına tələbat artdığına görə qiymətlər bahalaşıb:

“Bunu ilk növbədə çərəzlərin qiymətində müşahidə edirik. Adi günlərdə 5-6 manat arasında satılan bir kilo qozun qiyməti hazırda 10-12, bəzi yerlərdə isə 15 manata qədər bahalaşıb. Bu 200 faizə qədər bahalaşma deməkdir. Fındığın da qiymətində müəyyən qədər bahalaşma müşahidə olunur. Təxminən 10 gün bundan əvvələ kimi bir kilo fındıq dörd manat 50 qəpiyə təklif olunurdusa, hazırda fındığın qiyməti 7 manata qədər bahalaşıb. Bununla bərabər, ət və ət məhsullarında, xüsusilə də balıq məhsullarının qiymətində ciddi bahalaşma müşahidə edilməkdədir. Balığın qiymətinin bahalaşmasın bir sıra mövsümi səbəbləri olsa da, bayram ərəfəsində bahalaşma, daha da çox diqqətimizi cəlb edib. Kütüm balığının qiyməti bir kiloqrama görə 10 manatdan 30 manata qədər yüksəlib. Mal və quzu ətinin qiymətində isə ciddi artım müşahidə edilmir. Ümumi ölkə üzrə orta qiymət götürəndə qiymətlər demək olar ki, əvvəlki günlərlə eyni səviyyədədir”.
Ekspertin sözlərinə görə hazırda quzu ətinin bir kiloqramı bazarda 21 -22 manata, mal ətinin qiyməti isə 15 -16 manata təklif olunur:
“Yəni bu, əvvəlki ayla müqayisədə ciddi bahalaşmaya səbəb olmayıb. Düyünün qiymətində 5-10 faiz arasında artım var. Hazırda Novruz bayramı Ramazan ayına təsadüf etdiyinə görə, əsasən istehlak tələbi o qədər də yüksək deyil. Yəni Ramazan ayında əsasən insanların qida üzrə istehlak tələbi yüksəlmir və xüsusi təmtəraqlı bayram şənlikləri keçirilmir. Nəticə etibarilə də tələb əvvəlki Ramazan ayına təsadüf etməyən Novruz bayramları ilə müqayisədə o qədər də bahalaşma müşahidə edilmir. Burada Ramazan ayının da rolunu xüsusi qeyd etmək lazımdır. Böyük ehtimalla biz daha çox bahalaşmanı Ramazan bayramıərəfəsində müşahidə edə bilərik. Həmin ərəfədə qiymətlərdə müəyyən qədər artımlar müşahidə olunması mümkündür. Digər bir tərəfdən isə Ramazan ayında toy və şənliklərin də sayında ciddi şəkildə azalma baş verir. Lakin müəyyən mənada bəzi məhsulların qiymətində bahalaşma var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya
“Salman Xan 6 həftə məni qorudu” - Oksana Rəsulova
07:59 15.11.2026
Şou
Z nəsli qızları keçəlləşmə təhlükəsi ilə üz-üzədir
07:23 15.11.2026
Sağlamlıq