Cəmi 1 avro: İtaliyada evlər kofe qiymətinə satılır!
Cəmi 1 avro: İtaliyada evlər kofe qiymətinə satılır!
11:53 19.03.2025
Dünya
521
İtaliyanın bir şəhərində evlər bərpa olunmaq şərti ilə 1 avroya satışa çıxarılıb.
Sherg.az xəbər verir ki, Abruzzo bölgəsindəki Penne şəhərində tərk edilmiş evlər bir avrodan sahiblərini gözləyir.
Penne meri Gilberto Petrucci açıqlamasında deyib ki, şəhərdə yeni sahiblərini gözləyən 40-dan çox boş ev var və onların hamısı tarixi mərkəzdə yerləşir.
Gilberto Petrucci daha sonra qeyd edir ki, ümumi əhalisi təxminən 1200 nəfər olsa da, möhtəşəm tarixi diyarda cəmi min nəfər yaşayır. Ona görə də bu yerin xəyal şəhərə çevrilmək riski var.
Evlərin çoxunun xüsusilə İkinci Dünya Müharibəsində yararsız hala düşdüyündən sonra qəsəbəni tərk edən fermer ailələrinə aid olduğunu söyləyən Petrucci, digər ailələrin 1970-ci illərdə fabriklərdə işləmək üçün ABŞ, Belçika, Venesuela və yaxınlıqdakı daha böyük şəhər və şəhərlərə köçdüyünü qeyd edib.
Qəsəbədəki ilk 3 evin 2022-ci ildə, digər 3 evin isə ötən ilin sonunda satıldığını bildirən Petrucci, satışa çıxarılan son evlərin də oxşar xüsusiyyətlərə malik olduğunu bildirib.
Sözügedən evlərin kifayət qədər köhnə olduğunu qeyd edən Petruççi bəzi evlərin tikintisinin orta əsrlərə aid olduğunu və İntibah dövründə bərpa edildiyini bildirib.
Satış prosesi haqqında məlumat verən Petrucci bunları deyib: "Yeganə şərt, alıcıların üç il ərzində bu evləri bərpa etməyi öhdəsinə götürmələridir. Bununla belə, işə başlamaq üçün ilkin ödəniş zəmanəti istəmirik. Qədim məhəlləni canlandırmaq üçün gələnləri həqiqətən həvəsləndirmək və dəstəkləmək istəyirik".
Merin açıqlamasına görə, kiçik və orta ölçülü bir evin təmirinin ilkin dəyəri 20 min avro civarında olacaq.
Bildirilib ki, şəhərcik və ətrafdakı yaşayış üçün yararlı vəziyyətdə olan və təmirə ehtiyacı olmayan evlərin qiymətləri 40 min avrodan başlayır.
İtaliyada Neapol yaxınlığındakı Zungoli, Siciliya adasındakı Mussomeli və Sambuka qəsəbələrində evlər 1 avroya satışa çıxarılıb. Layihə başlanandan bəri şəhərlərdə əcnəbi əhalinin sayı artıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qurban Qurbanov: Vacib qələbə əldə etdik
23:50 13.08.2026
Futbol
Misir Məkkə Paktına qoşula bilər
23:35 13.08.2026
Aktual
Kolumbiyada zəlzələ nəticəsində ölənlərin sayı 273-ə çatıb
22:58 13.08.2026
Dünya
Kiyevə milyardlarla avroluq hərbi yardım edilib
22:40 13.08.2026
Gündəm
Tramp: ABŞ İsrailə təzyiq göstərmək imkanlarını araşdıracaq
21:17 13.08.2026
Dünya
Xəzərlə bağlı həyəcan təbili: Suyun səviyyəsi...
21:02 13.08.2026
Ekologiya
İsrail ordusu Livandakı təhlükəsizlik zonasını tərk etməyəcək
20:28 13.08.2026
Dünya
Tramp: İranla mənasız danışıqlar aparmaq istəmirik
20:20 13.08.2026
Dünya
Rusiya və Ukrayna arasında mülki şəxslərin mübadiləsi baş tutdu
20:09 13.08.2026
Gündəm
Kəlbəcərdə mina partlayıb, xəsarət alan var
20:00 13.08.2026
Hadisə
AQTA-dan bitki yağı idxalçılarına xəbərdarlıq
19:20 13.08.2026
Cəmiyyət
Azərbaycanda cinayət törədən qadınlar sayı artdı
18:59 13.08.2026
Hadisə
Uraloğlu: Bolqarıstan Orta Dəhlizin Avropadakı mühüm tərəfdaşıdır
18:52 13.08.2026
Region
"Mançester Siti" Jeremi Doku ilə müqaviləni uzatdı
18:44 13.08.2026
Futbol