Rusiya Zelenskinin doğulduğu yeri ballistik raketlə vurdu

Ukrayna lideri Zelenskinin doğulub boya-başa çatdığı Krivoy Roqa Rusiya qüvvələrinin ballistik raket hücumuna məruz qalıb. 

Sherg.az xəbər verir ki, Hadisə nəticəsində 18 nəfər həlak olub. Həyatını itirənlərdən 9-nun uşaq olduğu bildirilib. 

Video çıxışında Zelenski xilasetmə işlərinin hələ də davam etdiyini bildirib və Qərbi Moskvaya daha çox təzyiq göstərməyə çağırıb.

"Rusiyanın verdiyi bütün vədlər raketlər, pilotsuz təyyarələr, bombalar və ya artilleriya ilə başa çatır. Diplomatiya onlar üçün heç bir əhəmiyyət kəsb etmir", - Ukrayna lideri bildirib.