
Ekspert: Bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir
12:35 26.05.2025
Cəmiyyət
482
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Ağdam rayonunun Sarıçoban kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə Teleqraf-a qurumun Mətbuat xidmətindən bildirilib.
Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 18kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb və içərisində olan ev quşları tələf olub.
Bitişik ev yanğından mühafizə olunub.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev "Sherg.az"a açıqlamasında bildirib ki, bütün təyinatlı obyektlər yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməlidir:

“Obyektlərdə yanğın təhlükəsinə dair olan həm təchizatın saz vəziyyətdə saxlanmasını, həm də yanğın təhlükəsizliyi normativ standartlarına ciddi riayət edilməsini təmin etməlidir. Bu, qanunvericiliklə təsbit olunub. Ümumiyyətlə, yay aylarında elektrik enerjisinə, soyutma sistemlərinə kondisionerə tələbat artdığına görə elektrik xətlərində normadan artıq yüklənmə, qızma, qısaqapanma, alışma yanğına gətirib çıxardır. Ona görə mütləq elektrik təsərrüfatı saz vəziyyətdə olmalıdır. Elektrik naqillərinin izolyasiyası pozulması, kənar müdaxilənin edilməsi yolverilməzdir. Yəni daim saz vəziyyətdə saxlamaq lazımdır ki, qısa qapanma və normadan artıq yüklənmə olmasın. Biz yanğınların baş vermə statistikasına baxanda da görürük ki, böyük əksəriyyəti elektrik təsərrüfatının payına düşüb. Açıq sahələrdə, meşə ərazilərində oddan istifadə etməmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət
Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
16:30 13.11.2026
Gündəm
Azərbaycan XİN BƏƏ-yə başsağlığı verib
16:17 13.11.2026
Gündəm
İran “neftsiz büdcə”yə hazırlaşır
15:36 13.11.2026
Dünya