Özgür Özel, Ferdi Zeyrekin qızını YKS imtahanında tək qoymadı

CHP-nin (Cümhuriyyət Xalq Partiyası) sədri Özgür Özel, elektrik cərəyanına toxunaraq həyatını itirən Manisa Böyükşəhər Bələdiyyə başçısı Ferdi Zeyrekin qızı Nehiri universitet imtahanında tək buraxmadı.

Sherg.az xəbər verir ki, 9 iyun tarixində vəfat edən Ferdi Zeyrekin qızı Nehir Zeyrek Ali Təhsil Müəssisələri İmtahanının (YKS) ilk mərhələsi olan Əsas Yeterlilik İmtahanında (TYT) iştirak edib.

Anası ilə birlikdə imtahan verəcəyi məktəbə gələn Nehiri, CHP lideri Özgür Özel də müşayiət edib.

Özel Nehir Zeyrek məktəbə daxil olduqdan sonra məktəbin həyətində gözləyib və onu tək qoymayıb.