Zahid Oruc: "Amerikanın səsi", "Azadlıq" radiosu və "Sputnik" təmsil etdikləri dövlətlərin kəşfiyyat bürolarına çevrilmişdi
08:15 08.07.2025
Media
462
"Aparılan monitorinqlər göstərir ki, “Media haqqında” yeni qanun son 4 ildə pozitiv dinamikaya səbəb oldu, onlayn media subyektlərinin material istehsalını stimullaşdırdı, özünəməxsus informasiyaların xüsusi çəkisini artırdı. Veb-saytlarda xəbərlərin nisbəti üç dəfə böyüyüb və həcmi təqribən 35 faizə çatıb. Geniş oxucu kütləli onlayn media subyektləri ilə yanaşı, kiçik auditoriyalı veb-saytların məzmununda da dəyişiklik baş verib. Copy-paste mediasının meydanı xeyli daralıb".
Teleqraf xəbər verir ki, bu fikirləri Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında müzakirəyə çıxarılan "Media haqqında” Qanuna təklif edilən dəyişiklik layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, sosial şəbəkələrin güclənməsi və sürətli informasiya axınları ənənəvi medianın məzmununa bəzən dağıdıcı, antidövlət və millət əleyhinə cərəyanları da gətirib:
"Belə şəraitdə milli medianın kontent istehsalı və yayımı zamanı redaksiya siyasəti, peşə etikasına əməl etməsi ümummili tələbə çevrilir. Yeni qanunun qəbulundan sonra jurnalist etikasına zidd və ictimai mənəviyyat əleyhinə materialların kütləvi yayımı xeyli azalıb, istinad və müəlliflik hüquqları sahəsində pozitiv tendensiyalar yaranıb. Eyni zamanda, xəbər lentini jurnalist əməyinin minimuma endiyi tərcümə xəbərləri üzərində qurmaq peşəkarlıq prinsiplərinə uyğun deyil. Medianın İnkişafı Agentliyi keçirdiyi müsabiqə qaydalarına dəyişiklik edərək, maliyyələşdirdiyi veb-saytların unikal məzmununun yalnız 25 faizinin tərcümə materialı olması ilə bağlı tələb irəli sürüb. Qərarın mediada rəngarəngliyə, janr çoxşaxəliliiyinə, xüsusilə, təhlil kontentinin genişlənəcəyinə təsiri şübhəsizdir".
Komitə sədri əlavə edib ki, ikinci mühüm məqam, 90-cı illərdə torpaqlarımızın işğalı ilə paralel, ölkənin informasiya məkanında xarici media resursları heç bir qanunla tənzimlənməyən status əldə etmişdilər:
"Qərb və qonşu dövlətlər paritet qaydada, yəni ölkəmizin media subyektlərinə bərabər şərait, yayım imkanları və dalğaları, eləcə də təmsilçilik kvotaları vermədən Azərbaycanın media məkanı üzərində hökmranlıq qazanmışdılar. Amerikanın səsi, Azadlıq radiosu, Sputnik və onlarla digər xarici dövlət mediaları faktiki olaraq, fikir və söz azadlığı çətiri altında xarici dövlətlərin hakimiyyətə təsir, təzyiq mexanizmi və təmsil etdikləri dövlətlərin kəşfiyyat bürolarına çevrilmişdilər. Trampın hakimiyətə gəlməsi ilə martın 14-də Qlobal Media Agentliyinin fəaliyyət dairəsi və maliyyəsi kəsildi. 40-dan çox dildə onlayn, radio və televiziyada fəaliyyət göstərən beynəlxalq media, 270 milyon dollar büdcəyə və 2 mindən çox əməkdaşa sahib olan, auditoriyası 361 milyondan çox insanı əhatə edən xarici kəşfiyyat və hücum platformalarının fəaliyyəti kəskin şəkildə daraldıldı. Bunları nəzərə alaraq, informasiya agentliklərinin fəaliyyətinin hüquqi meyarlarının müəyyənləşdirilməsi, o cümlədən, xarici media subyektlərin fəaliyyətinin statusu və biznes subyekti kimi fəaliyyətinin təkmilləşdirilməsi nəzərdə tutulur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Məhkəmə general-mayor Natiq Əliyevin qızı ilə bağlı qərar verdi
18:48 12.11.2026
Hadisə
Ağ Evin yaxınlığında silahlı insident: azı 4 nəfər yaralanıb
18:33 12.11.2026
Dünya
Rusiya Prezidenti: Ukraynada əbədi sülh istəyirəm
18:20 12.11.2026
Gündəm
“Nvidia” rəhbəri Yensen Huanq istefa verib
18:14 12.11.2026
Dünya
Paşinyan və nazirlərin maaşlarının artırılması təxirə salındı
17:59 12.11.2026
Region
ABŞ Avropa ilə yeni təhlükəsizlik arxitekturasını müzakirə edir
17:55 12.11.2026
Gündəm
Tramp: İranla razılaşmaya ehtiyacımız yoxdur
17:35 12.11.2026
Gündəm
AZAL-ın gənc pilotu təlim uçuşlarını başa vurub - FOTO
17:15 12.11.2026
Gündəm
Bir ailənin 9 üzvü plov və pomidor turşusundan zəhərləndi
17:13 12.11.2026
Hadisə
Sona Qazaryan: KTMT artıq özünü tükədib
16:45 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində Maya Sandu ilə görüşüb
16:21 12.11.2026
Gündəm
Prezident İlham Əliyev Dublində mühüm tədbirdə iştirak edir
16:03 12.11.2026
Gündəm
“Azərsun Holdinq” yerli fermerlərdən zeytun qəbulunu davam etdirir
15:37 12.11.2026
Ölkə