
Politoloq: Trampın sərt ritorikası Moskvanı strateji seçim qarşısında qoyur
08:16 29.07.2025
Dünya
511
Bu yanaşma Rusiyanı müharibəni dayandırmağa və sülh masasına oturmağa məcbur edə bilər
ABŞ Prezidenti Donald Tramp gözlənilmədən Ukraynadakı müharibənin sülh yolu ilə nizamlanması şərtləri ilə bağlı mövqeyini dəyişib. O, rusiyalı həmkarı Vladimir Putinə verdiyi 50 günlük vaxtı 10-12 günə qədər azaltdığını açıqlayıb.
Bu barədə CNN yazır.
“Bəli, mən bu gündən etibarən təxminən 10-12 günlük yeni bir son tarix təyin edəcəyəm. Gözləməyin mənası yoxdur. Mən səxavətli olmaq istəyirəm, amma heç bir irəliləyiş görmürük”, - Tramp deyib.
Eyni zamanda Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev amerikalı senator Lindsi Qrehemə cavab verərkən deyib ki, Danışıqlar masasına nə vaxt keçməyi nə siz, nə də Tramp diktə edə bilər.
“Danışıqlar o zaman başa çatacaq ki, bizim hərbi əməliyyatımızın bütün məqsədləri əldə olunsun. Əvvəlcə Amerika üçün işləyin, babalar!” - o bildirib.
Qeyd edək ki, dünən Dmitri Medvedyev özünün X səhifəsində ABŞ Prezidenti Donald Trampa çağırış edərək bütün ültimatumların müharibəyə doğru addım olduğunu yazmışdı. Amerikalı senator Lindsi Qrehem isə Medvedyevin tvitinə “Rusiyada Prezident Trampın Rusiya ilə Ukrayna arasında axan qanı dayandırmaqda ciddi olmadığını düşünənlərə: Siz və müştəriləriniz çox yanılmaq üzrəsiniz. Siz də tezliklə görəcəksiniz ki, Co Bayden artıq prezident deyil”, - cavabını yazmışdı.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Tramp administrasiyası Rusiyanı strateji cəhətdən təcrid etmək məqsədilə yeni sanksiya paketi üzərində işləyir:

"Bu paket əsasən enerji ixracına, maliyyə institutlarına və texnologiya transferinə yönələcək. Məqsəd Rusiyanın müharibə potensialını iqtisadi şəkildə iflic etməkdir. Trampın komandası bu tədbirləri beynəlxalq tərəfdaşlarla koordinasiya şəklində icra etməyi planlaşdırır. O, Çin və Hindistan kimi böyük enerji alıcılarını alternativ mənbələrə yönəltməyə çalışır. ABŞ neft bazarına müdaxilə etməklə qiymətləri aşağı salmağa və Rusiyanın gəlirlərini azaltmağa cəhd edəcək. Tramp diplomatik vasitələrlə Ukrayna ətrafında sabitlik yaratmağa çalışır. Onun təqdim etdiyi atəşkəs planı konkret müddətlərlə və ultimatum xarakterli tələblərlə müşayiət olunur. Moskva bu planı qəbul etməsə, sanksiyaların növbəti mərhələsi daha sərt olacaq".
Analitik əlavə edib ki, Tramp bu siyasəti NATO üzv ölkələri ilə paralel şəkildə həyata keçirir:
"Ukraynaya hərbi və iqtisadi dəstək genişləndirilir. O, Putinlə birbaşa danışıq kanallarını açıq saxlayır, lakin güzəştə getməmək prinsipində qərarlıdır. Trampın sərt ritorikası Moskvanı strateji seçim qarşısında qoyur. Bu yanaşma Rusiyanı müharibəni dayandırmağa və sülh masasına oturmağa məcbur edə bilər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya