Dərman vasitələrinin baha qiymətə alınmasına aydınlıq gətirildi - RƏSMİ
13:49 01.08.2025
Sağlamlıq
445
Audit göstərir ki, dərman vasitələri və tibbi ləvazimatlar Tarif Şurası tərəfindən müəyyən edilmiş hədlərdən baha qiymətə alınıb. Məsələyə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi aydınlıq gətirib.
Agentlikdən Teleqraf-ın sorğusuna cavab olaraq bildirilib ki, dövlət qeydiyyatına alınmış və dərman vasitələrinin dövlət reyestrinə daxil edilmiş dərmanların topdan və pərakəndə satış qiymətlərinin yuxarı həddi Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir.
Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin topdan və ya pərakəndə satışı Şura tərəfindən müəyyən edilən həddən yuxarı olmayan qiymətlərlə həyata keçirilir.
"Bu tənzimləmə “Dərman vasitələri haqqında” Qanuna, eləcə də Şuranın qərarlarına əsaslanır və dərmanların qiymətinə dövlət nəzarətini təmin edir. Lakin tibbi ləvazimatlar, avadanlıqlar, tibbi cihazlar və digər qeyri-dərman məhsulları üçün satış qiymətlərinin yuxarı həddi qanunvericiliklə tənzimlənmir. Bu səbəbdən də, bu kateqoriyaya daxil olan məhsulların qiymətləri bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq azad şəkildə formalaşır.
Qiymətlərin müəyyən olunmasında məhsulun istehsalçı ölkəsi, texniki göstəriciləri, markanın bazardakı nüfuzu və tanınması kimi amillər əsas rol oynayır. Mövcud praktika göstərir ki, bu cür məhsullar üçün tender prosesində konkret marka və modelə yönəlik texniki spesifikasiyalar əsasında təkliflər təqdim edildiyindən, bəzi hallarda təklif olunan qiymətlər əvvəlcədən təxmin edilən bazar qiymətlərindən yüksək, bəzi hallarda isə aşağı ola bilir.
Bu fərqlilik, həmçinin məhsulun çatdırılma müddəti, quraşdırma və servis xidmətlərinin daxil olub-olmaması kimi texniki və logistik detallardan da asılıdır", - məlumatda qeyd edilib.
Həmçinin, malların proqnozlaşdırıla bilən olmasına baxmayaraq satınalmaların 70%-i ilin son iki rübündə həyata keçirilib.
Satınalma prosesində şəffaflığın pozulmasının səbəbinə də Agentlik münasibət açıqlayıb.
Bildirilib ki, 2023-cü ildə malların (işlərin və xidmətlərin) satın alınması məqsədilə Agentlik və Mərkəz tərəfindən rəqabətli satınalma üsullarından istifadə edilib. Satınalmaların ehtimal olunan qiymətləri 2023-cü ildə Nazirlər Kabinetinin 2019-cu il 18 mart tarixli 106 nömrəli Qərarına bazar sorğu üsulu, 2024-cü ildə isə Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 501 nömrəli Qərarına əsasən bazar araşdırması üsulu ilə müəyyənləşdirilib.
Əlavə olaraq bildirilib ki, dərman vasitələri, tibbi cihaz və avadanlıqlar, tibbi sərf materialları üzrə satınalma siyahıları tibb müəssisələrindən daxil olmuş tələbnamələr əsasında hazırlanıb.
"Hər bir tələbnamədə göstərilən saylar əvvəlcə Agentlik və Mərkəzin müvafiq struktur bölmələri tərəfindən təsdiqlənib, daha sonra 2024-cü ildən etibarən siyahıda göstərilən bütün mallar üçün predmet səviyyəsində müvafiq təsnifat kodları təyin edilib. Bu proses əvvəlki illərlə müqayisədə planlaşdırmanın daha detallı aparılmasını tələb edib.
Səhiyyə sahəsində dövlət proqramları və tədbirləri çərçivəsində alınmalı olan dərman, tibbi cihaz və avadanlıqların siyahısı 100-dən çox adda məhsulu əhatə edib. Hər məhsula ayrıca təsnifat kodu verilməsi və sənədləşmənin aparılması da vaxt və resurs tələb edən bir proses olub", - məlumatda qeyd olunub.
Qeyd edilib ki, tender prosedurları başa çatdıqdan sonra bəzi mallar ehtimal olunan qiymətdən daha aşağı qiymətə alınıb. Bu zaman eyni tender predmeti üzrə qalan büdcə vəsaiti əsasında yeni satınalmalar elan edilib və nəticədə bəzi alışlar 2024-cü ilin son iki rübünə təsadüf edib.
Bütün hallarda şəffaflıq prinsipinə əməl olunaraq, satınalma prosesləri qanunvericiliyə uyğun şəkildə həyata keçirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya
Qara dənizdəki müharibə Azərbaycana da təhlükə yaradır - ŞƏRH
18:52 11.11.2026
Dünya
Məhərrəm Müzəffərova yüksək vəzifə verildi
18:36 11.11.2026
Cəmiyyət
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edilib
18:35 11.11.2026
Dünya