Peşə təhsil müəssisələrinə qəbulun II mərhələsinə start verildi
Yusif Nəzərli
06:25 26.08.2025
Elm və Təhsil
720
2025/2026-cı tədris ili üzrə peşə təhsil müəssisələrinə tələbə qəbulunun II mərhələsinə avqustun 26-dan etibarən start verilib. Bu mərhələ boş qalan plan yerləri üzrə həyata keçirilir və sənəd qəbulu sentyabrın 2-si saat 18:00-dək davam edəcək.
Sherg.az xəbər verir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumata görə, namizədlər müraciətlərini www.portal.edu.az platforması üzərindən elektron qaydada təqdim edə bilərlər. Müsabiqədə ümumi və ya tam orta təhsil səviyyəsini bitirən şəxslər iştirak edə bilərlər.
II mərhələdə iştirak hüququ aşağıdakı şəxslərə şamil olunur:
- I mərhələdə uğurlu nəticə əldə etməyənlər;
- I mərhələdə iştirak etməyən yeni müraciətçilər.
Qəbul prosesi aşağıdakı meyarlara əsasən aparılır:
- İlk peşə və texniki peşə təhsili səviyyələri üzrə namizədin attestatında göstərilən müvafiq fənlər üzrə orta qiymət balı;
- Yüksək texniki peşə təhsili səviyyəsi üzrə buraxılış imtahanlarının və ya Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarının nəticələri.
Namizədlərə 5 ixtisas üzrə seçim etmək imkanı verilir. Müsabiqədən uğurla keçənlər sənədlərini qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, tələbə qəbulunun I mərhələsi 22 iyul – 11 avqust tarixlərində aparılıb. Bu mərhələdə 78 peşə təhsili müəssisəsi üzrə 152 ixtisas üçün ümumilikdə 32 620 plan yeri ayrılmışdı. Onlardan 17 540 nəfər sənədlərini qəbul olunduqları müəssisəyə təqdim edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya