Misir Mərdanov: Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz
10:40 28.08.2025
Elm və Təhsil
649
Bəzi adamlar universitet və yaxud məktəb yaratmağı zavod, fabrik, ev tikməklə qarışdırırlar
Ali təhsil müəssisələrinin yerləşməsi ilə bağlı məsələlər yenidən gündəmə gəlib. Paytaxt Bakıda universitetlərin sayının artması şəhər infrastrukturuna əlavə yük salır, əhalinin mərkəzə axını, tələbə sayının artması kimi sosial balans problemi yaradır. Eyni zamanda, regionların, xüsusən də işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kimi strateji ərazilərin sosial-iqtisadi inkişafı məsələsi də prioritet istiqamətlərdən biri kimi müzakirə olunur. Bu kontekstdə iqtisadçı Natiq Cəfərli ali məktəblərin regionlara, xüsusilə Qarabağ və Şərqi Zəngəzura köçürülməsini təklif edib. O hesab edir ki, Bakıdan kənarda universitetlərin yaradılması və ya köçürülməsi həm bölgələrin inkişafına təkan verə, həm də şəhərdaxili yüklənməni azalda bilər.
Bu yanaşma son illərdə Xankəndidə yaradılan Qarabağ Universiteti nümunəsi fonunda daha da aktuallaşıb və cəmiyyətdə müzakirə mövzusuna çevrilib.
Keçmiş təhsil naziri Misir Mərdənov Sherg.az-a Universitetlərin regionlara köçürülməsi fikri iıə bağlı açıqlama verib:
"Natiq müəllimin əksinə demirəm. Lakin bizim bəzi adamlar universitet və yaxud məktəb yaratmağı zavod, fabrik, ev tikməklə qarışdırırlar. Hər hansı bir elm sahəsində məktəb və ya universitet yaratmaq üçün illərlə, əsrlərlə vaxt və böyük zəhmət tələb olunur. Bu sadə məsələ deyil. Bizim ən qədim universitetimiz Bakı Dövlət Universitetidir. Onun artıq bir əsrdən çox yaşı var, amma hələ indi-indi çalışır ki, dünyanın ilk 1000 universiteti sırasında yer alsın. Orada-burada açılan universitetlər bizim istədiyimiz kimi olmayacaq. Qarabağ bizim üçün əlahiddə bir yer, böyük tarixi hadisə idi. Xankəndində Qarabağ universitetinin açılmasını bütün Azərbaycan cəmiyyəti dəstəklədi. Lakin hər universiteti kəndə, rayona köçürmək düzgün yanaşma deyil".
Sabiq nazir tarixən də, bu gün də universitetlərin dünyanın ən inkişaf etmiş mərkəzlərində fəaliyyət göstərdiklərini söyləyib:
"Məsələn Harvard, Massaçusets universitetləri ABŞ-nin elmi və texnoloji cəhətdən ən güclü bölgələrində yerləşirlər. Universitetlər insanların, toplumun, alimlərin, elm adamlarının bir araya gəldiyi yerdə fəaliyyət göstərməlidirlər. Düzün ortasında bina tikib, "mən universitet açıram" demək doğru olmaz. Onun universitet olması üçün çox var. Universitetlərin mərkəzdə sıxlığı azaltmaq məqsədilə şəhərdən bir qədər kənarda yerləşməsi müsbət hal sayıla bilər. Lakin universitetlərin kəndə, rayona köçürülməsi başqa məsələdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazının bağlanmasının ağır nəticələri açıqlandı
21:55 02.06.2026
İqtisadiyyat
Tramp: ABŞ və İran arasında danışıqlar fasiləsiz aparılır
21:43 02.06.2026
Gündəm
“Ən yaxşı baş rol” mükafatı aldı
21:32 02.06.2026
Şou
Zakir Həsənov Gürcüstanda bir sıra hərbi obyektlərdə oldu
20:38 02.06.2026
Gündəm
Bakıda güclü külək binanın fasadını uçurtdu - FOTO
20:29 02.06.2026
Hadisə
Ceyhun Bayramov kanadalı həmkarı ilə müzakirə aparıb
20:16 02.06.2026
Gündəm
Əfqanıstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
19:41 02.06.2026
Gündəm
Rubio ABŞ və İran arasında razılaşma perspektivini görür
19:17 02.06.2026
Gündəm
Məsud Pezeşkian Prezident İlham Əliyevə təbrik məktubu göndərib
19:09 02.06.2026
Gündəm
İran mediası: Tehran Vaşinqtonla mesaj mübadiləsini dayandırıb
19:00 02.06.2026
Gündəm
NATO-da böyük sürpriz: Tramp Ankaraya gəlməyi planlaşdırır
18:51 02.06.2026
Gündəm
Kreml: London Avropanı Rusiya ilə qarşıdurmaya sürükləyir
18:41 02.06.2026
Gündəm
Bakıda birinci Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçirilib
18:35 02.06.2026
Gündəm