Heç bir türk dövləti tək deyil...
Yusif Nəzərli
07:41 11.10.2025
Siyasət
492
Türk dövlətlərinə hücum etməyi düşünən hər kəs iki dəfə fikirləşəcək
Qarabağ Zəfəri yeni mərhələnin qapısını açdı, Türk birliyi artıq ideya deyil, reallıqdır
"Türk dövlətləri arasındakı münasibətlərdəki hazırkı mərhələ Zəfər mərhələsidir. Bu gün gəlinən nöqtə önəmlidir. Amma bura asan gəlinməyib. Üçüncü tərəflər mütəmadi olaraq Türk dövlətləri arasında süni problemlər yaratmağa çalışıblar".
Bu sözləri Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. Ekspert bildirib ki, liderlərin ağıllı, səbirli, əzmli siyasəti nəticəsində bugünkü mərhələyə gəlmək mümkün olub:
"1990-cı illərdə türk dövlətləri özlərini, bir-birlərini və dünyanı tanımağa çalışırdılar. Özlərinə rəsmi olarq türk dövlətləri deyil, Türkdilli dövlətlər deyirdilər. Bir-birlərini bəzən qonşu, bəzən potensial müttəfiq, bəzən isə rəqib kimi görürdülər. Bu səbəbdən bir-birlərinin məsələlərinə ehtiyatla münasibət bildirirdilər. İkinci mərhələdə bir-birlərinin məsələlərində dəstək verməyə başladılar. Ortaq riskləri, ortaq maraqları daha aydın gördülər, tale birliyinə malik olduqlarını anladılar. 16 il öncəki Naxçıvan Sammiti ilə strukturlaşan inteqrasiya və Azərbaycanın əldə etdiyi Qarabağ Zəfərinin yaratdığı özünəinamla sonrakı mərhələdə atılan addımlar yaxınlaşmanı dərinləşdirdi".
Analitik bildirib ki, hazırda hərbi əməkdaşlıq da daxil olmaqla bütün istiqamətləri əhatə edən ittifaqa doğru ciddi gedişat var:
"Türk dövlətləri öz aralarında hər hansı bir problem saxlamayıblar, bir-birlərinə aid bütün məsələlərdə tam aydın mövqeyə malikdirlər və bir-birlərini tam dəstəkləyirlər. Bir-birlərinin həssas olduqları regional və beynəlxalq siyasətə dair məsələlərdə də bir-birlərini dəstəkləyirlər. Hətta regional və beynəlxalq siyasətə dair bir çox mövzuya da ortaq mövqedən münasibət bildirirlər. Türk dünyasını sadəcə ortaq tarixi və etnik köklər, ortaq coğrafi məkan deyil, ortaq iqtisadi məkan və iqtisadi maraqlar, ortaq təhlükəsizlik riskləri və s. ortaq məqamlar birləşdirir. Xüsusilə son 5 ildəki proseslər türk dövlətləri arasında hərbi-təhlükəsizlik ittifaqlarının sürətlə formalaşdırılmasının həyati önəmə sahib olduğunu göstərir. Bu ittifaq hər hansı bir dövlətə qarşı nəzərdə tutulmur. Amma elə bir ittifaq olmalıdır ki, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri də daxil olmaqla istənilən digər dövlət hər hansı bir türk dövlətinə hücum etmək barədə belə düşünməsin. Türk dövlətlərinin nümayiş etdirəcəyi birliyin hücum planı quran dövlət üçün də, bu dövləti dəstəkləyən dövlətlər üçün də həyati nəticə yaradacağını bilsin. Türk dövlətlərinin hərbi potensialı, insan potensialı, mövcud olduğu coğrafi genişlik, təbii ehtiyatlar və s. amillər buna imkan verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya