"Niyə Azərbaycan öz millisinə qiymət vermir?" - Sergey Rebrov
21:55 13.10.2025
Futbol
479
Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində növbəti oyununa çıxıb. D qrupunda yer alan komandamız Polşanın Krakov şəhərində Ukrayna yığmasının qonağı olub. Matç Ukrayna yığmasının 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Sherg.az sportal.az-a istinadən xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Ukrayna yığmasının baş məşqçisi Sergey Rebrov jurnalistlərin suallarını cavablandırıb:
"Xoşbəxtəm ki, bu cür nəticə əldə etdik. Özünüz gördüyünüz kimi, ciddi oyun gedirdi. Hər iki komanda qalibiyyət istəyirdi. Amma qalib gəldik. Beş oyunçumuz oyunda yox idi. Azərbaycanı udmaq bizim üçün çətinliklə alındı. Birinci hissədə yaxşı oyun göstərməyə çalışırdıq".
- Nəyə görə Ukrayna Azərbaycana qarşı çətinlik çəkir? Həm Bakıda çətinlik çəkdiniz, həm də Polşadakı matçda. Axı Krakoviya stadionunun meydançası daha yaxşı səviyyədə idi. Halbuki Ukrayna mətbuatı iddia edirdi ki, Bakıda qalib gələ bilməmənizin səbəbi ot örtüyü idi...
- Bəli, mən heç bir zaman fikirləşmirəm ki, Azərbaycan zəifdir. Belə sözü də heç vaxt deməmişəm. İslandiya ilə oyunda göstərdiyiniz nəticə sizin gücünüz deyildi. Niyə Azərbaycan öz millisinə qiymət vermir? Axı Azərbaycanın Çempionlar Liqasında oynayan komandası var. Azərbaycanlı oyunçular bu matça güclü hazırlaşmışdı. Öz futbolçularımızla söhbət aparmışdıq.
- İslandiya - Fransa matçında heç-heçə qeydə alındı. Düşünürsünüz ki, Ukrayna qrupda birinci yeri tuta bilər?
- Gözləyirəm ki, 5 futbolçum zədədən qayıtsın. Ukrayna millisi həmişə qələbəyə köklənir, qələbə qazanır. Bu gün İslandiya - Fransa görüşündə bərabərlik qeydə alındı. Amma gözləyirik ki, zədəlilərimiz qayıtdıqdan sonra daha da gözəl nəticələr qazanaq.
- Son iki matçda qalib gəldiniz. Özünüzü necə hiss edirsiniz?
- Bəli, xoşuma gələn odur ki, jurnalistlərdən xoş şərhlər eşidək və incidən suallar gəlməsin. Ona görə sizi sevindirməyə çalışacağıq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mərdəkan yolunda qəza baş verib, sıxlıq yaranıb - FOTO
14:47 09.11.2026
Dünya
Saakaşvili: “Qızım gələcəkdə ABŞ prezidenti olacaq”
14:23 09.11.2026
Gündəm
Kaya Kallasın Fransada yeni rəqibi var
14:11 09.11.2026
Dünya
Prezident sərəncam imzaladı
14:08 09.11.2026
Gündəm
Aİ Rusiya ilə danışıqlar üçün vasitəçi axtarır
14:04 09.11.2026
Dünya
Bakıda güclü külək fəsadlar törətdi
14:00 09.11.2026
Hadisə
Mingəçevirdə bıçaqlanma oldu
13:27 09.11.2026
Hadisə
Sabah hava necə olacaq?
13:01 09.11.2026
Ekologiya
Norveçin Baş naziri: Avropa Rusiyanı təcrid edə bilməyib
12:51 09.11.2026
Dünya
Antalyada COP31 başladı
12:31 09.11.2026
Gündəm
5,5 aylıq körpə anasının qaraciyəri sayəsində həyata qayıdıb
12:17 09.11.2026
Hadisə
Naxçıvanda Dövlət Bayrağı Günü münasibətilə hərbi yürüş olub
12:13 09.11.2026
Gündəm
Sürücülər istifadə etmədikləri xidmətə də pul ödəyir
11:57 09.11.2026
Aktual
Prezident İlham Əliyev Kamboca Kralını təbrik edib
11:47 09.11.2026
Gündəm