
Baş tutmayan cevriliş planı - TƏHLİL
09:07 18.10.2025
Gündəm
355
Putin Ramiz Mehdiyevi Bakı ilə münasibətlərdə siyasi dividend qazanmaq üçün qurban verib
Təhlükəsizlik Şurasının üzvü, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllərinin və dövlətə xəyanətinin detalları məlum olub. Mediada gedən məlumatlara görə, Ramiz Mehdiyev Rusiyanın dəstəyi ilə dövlət çevrilişi etməklə bağlı plan hazırlayıb və bunu öz kanalları vasitəsilə Rusiyaya təklif edib.
İddialara görə, Ramiz Mehdiyev Azərbaycanla Rusiya arasında münasibətlərdə yaranmış gərginlik dövründən faydalanmağa çalışıb. Xatırladaq ki, ötən ilin 25 dekabrında AZAL təyyarəsinin Rusiya səmasında vurulmasından sonra Azərbaycan və Rusiya münasibətlərində ciddi gərginlik yaranıb. Rusiyanın AZAL təyyarəsinin vurulması ilə bağlı üzr istəyib, təzminat ödəməkdən boyun qaçırması rəsmi Bakıda kəskin etirazlar doğurub. Rusiya ilə münasibətlərin gərginləşməsi hər iki ölkənin ictimai və media mühitində geniş müzakirə və tənqidlərə səbəb olub. Ramiz Mehdiyev isə bu vəziyyətdən istifadə edərək, öz kanalları və köhnə dostları vasitəsilə Rusiyaya dövlət çevrilişi planının hazır olduğunu, bu məsələdə Moskvadan dəstək gözlədiyini çatdırıb. Xatırlatmaq yerinə düşər ki, Rusiya-Azərbaycan münasibətlərində gərginlik pik həddə olanda - bu il mayın 9-da İmişli Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə tədbir təşkil etmişdi. Bu hərəkətinə görə vəzifəsindən uzaqlaşdırılan, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilmiş Saleh Səmədov Ramiz Mehdiyevin köhnə dostlarından və biznes ortaqlarından biri hesab olunur.

Siyasi şərhçi Asif Nərimanlı Sherg.az-a deyib ki, Ramiz Mehdiyevin çevriliş planını Rusiyanın ifşa etdiyi haqda məlumatlar “Putin onu niyə qurban verdi” sualını önə çıxarır. Ekspertin fikrincə, burada iki mümkün cavab ola bilər:
"Putinin planla razılaşmamasıdır. Rusiyada Azərbaycana münasibətdə həmişə iki kanalın mövcud olduğu məlumdur. Bir xətt - Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi sərt mövqe sərgiləyir, digər xətt - Kreml daha loyal münasibət göstərir; bu, Rusiyanın postsovet məkanında məşhur olan “yaxşı və pis polis” taktikasından irəli gəlsə də, bir sıra hallarda kanalların yanaşmalarında ziddiyyətlər, toqquşmalar da olur, lakin son qərar Putin tərəfindən verilir. Mümkündür ki, Mehdiyevin çevriliş planı Putinə məruzə olunub. Azərbaycanla münasibətlərin kəskin atmosferi fonunda planın qəbul ediləcəyi gözləntiləri olsa da, Rusiya prezidenti imtina edib və Bakı ilə münasibətlərin normallaşmasında nə qədər maraqlı olduğunu təsdiq etmək üçün Düşənbədə Əliyevi məlumatlandırıb. Rusiya perspektivi olmayan çevriliş planından siyasi məqsəd üçün istifadə edib. Çevriliş planının reallaşmasının qeyri-real olduğunu, xüsusilə Prezident İlham Əliyevin gücü və Azərbaycanda Rusiyaya olan mənfi münasibət fonunda, Moskvada anlayıblar. Onu da anlayıblar ki, perspektivsiz çevriliş cəhdinin dəstəklənməsi Azərbaycanla münasibətlərdə geridönüşü olmayan vəziyyət yarada, Rusiyanın bölgədəki mövqelərinə ciddi zərbə vura bilər. Bu baxımdan, Putin Mehdiyevi Bakı ilə münasibətlərdə siyasi dividend qazanmaq üçün qurban verib".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kilosu 800 minə satılır: İlk gündə 15 zəfəran çiçəyi açdı
21:28 09.10.2026
Maraqlı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
21:11 09.10.2026
Hadisə
Tovuzda yaşayış binasında yanğın olub, tüstüdən zəhərlənən var
21:00 09.10.2026
Hadisə
İran MDB-yə yaxınlaşır, Moskvanın mövqeyi həlledici olacaq - ŞƏRH
20:50 09.10.2026
Gündəm
Masazırda “Mercedes Vito” yanıb
20:23 09.10.2026
Hadisə
Naxçıvanda suyun verilişində fasilə yaranacaq
20:15 09.10.2026
Cəmiyyət
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
19:50 09.10.2026
Hadisə
Montella Türkiyə millisindən göndərilib
19:42 09.10.2026
Futbol
Çin ABŞ-ni hədələdi
19:26 09.10.2026
Dünya
Rubio müttəfiqləri BCM-ə qarşı ABŞ-ın yanında olmağa çağırıb
19:12 09.10.2026
Dünya
ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiyalar tətbiq edir
18:53 09.10.2026
Dünya
Ukrayna Rusiya hava məkanını bağlamağa başladığını elan edib
18:50 09.10.2026
Dünya
Latviya XİN rəhbəri Azərbaycan səfiri ilə görüşüb
18:35 09.10.2026
Gündəm