ABŞ-dən daha çox Çin qazandı - ŞƏRH
03:15 30.07.2025
Gündəm
406
Rusiya - Ukrayna savaşının qalibi odur
“Fakt budur ki, Çin iştirak etmədiyi münaqişələrdən güclənərək çıxır. Bu, klassik Çin siyasi fəlsəfəsinin – “çəkilmə, müşahidə et, zəifləyəni ələ al” – real tətbiqidir”
Üç ildən çox davam edən Rusiya - Ukrayna müharibəsi dünyanın hərbi-siyasi və ən əsası da geoiqtisadi strategiyalarını dəyişib. Müharibə zahirən Rusiya və Ukrayna arasında getsə də, qarşıda ABŞ və NATO olduğu artıq mübahisə mövzusu deyil. Əlbəttə, gedən müharibədən hələ ki, qazanclı tərəf ABŞ-dir.
Bu sözləri Sherg.az-a açıqlamasında siyasi şərhçi Vüqar Dadaşov deyib.
Onun sözlərinə görə, geosiyasi, geoiqtisadi, strateji baxımdan isə Rusiya–Ukrayna müharibəsindən daha çox qazanan məhz Çindir. Və təbii ki, Çin maraqlıdır ki, müharibə davam etsin, hərçənd ki, Çin müharibəyə maraqlı olmadığını və neytrallığını bildirir:
“Amma bu, yalnız diplomatik örtükdür ki, reallıqda Çin bu qarşıdurmanın uzanmasında və Qərbi, həmçinin Rusiyanı yormasında birbaşa və ən çox maraqlıdır. Çinin Rusiya–Ukrayna müharibəsində maraqları aydındır. Əvvəla, iqtisadi və hərbi rəqibi ABŞ iki cəbhədə döyüşür. Vaşinqton paralel olaraq həm Rusiya ilə hərbi, həm də Çinlə iqtisadi mübarizə aparır. Çin üçün isə rəqiblərin tükənməsi ona yeni imkanlar açır. Rusiyanın NATO ilə qarşıdurmada Çindən daha da asılı hala gəlməsi Qərb sanksiyalarının nəticəsidir. Bu sanksiyalar Rusiyanın Çindən asılılığını daha da dərinləşdirir. Rusiya qazını, neftini, hətta texnoloji komponentlərini Çinə endirilmiş qiymətlərlə satmaq məcburiyyətindədir. Rusiyanın bu asılılığından təkcə iqtisadi qazanc əldə edilmir – həm də təsir dairəsi genişlənir. Rusiya–Ukrayna müharibəsi nəinki Rusiyanı iqtisadi cəhətdən çökdürür, ən əsası insan resursları və demoqrafik baxımdan ölkəni zəiflədir, əhali boşluğu yaradır. Demoqrafik boşluq, iqtisadi asılılıq və artıq "sülh ekspansiyası" ilə Rusiyada möhkəmlənmiş Çin perspektivdə Rusiya hesabına ərazisini genişləndirmək üçün real imkanlar əldə edir. Çin bu qarşıdurmanın yaratdığı imkanlarla "sakitcə" iqtisadi hasarlanma salır. Çin "Bir Kəmər, Bir Yol" layihəsi ilə Afrikadan Latın Amerikasına qədər iqtisadi təsir zolağını genişləndirir – özü də heç bir güllə atmadan, ordu yeritmədən”.
V.Dadaşov qeyd edib ki, Rusiya–Ukrayna müharibəsi Qərb dünyası daxilində fikir ayrılığı yaradır, parçalanmalara səbəb olur. Artıq Qərb daxilində həm Rusiya, həm də Ukraynaya qarşı tamamilə fərqli yanaşmalar var:
“Hətta yeni və ayrı hərbi alyansın da yaranması gündəmdədir. Müharibənin uzanması Avropa İttifaqında sosial və iqtisadi böhranlar doğurur, enerji təhlükəsizliyində real çətinliklər ortaya çıxır. Məcburiyyətdən alternativ layihələr irəli sürülür – hansı ki, qısa zamanda icrası və bəhrəsi mümkün deyil. Bu da daxildə narazılıqlara səbəb olur, ictimai fikirdə radikallaşma baş qaldırır. Rusiya–Ukrayna müharibəsinin yaratdığı vəziyyət strateji fürsət kimi Çinin Tayvan üzərinə təzyiqlərini artırmağa imkan verir. Bu vəziyyətdə də ABŞ Asiya–Sakit Okean regionunda Çinin qarşısını almaq gücündə deyil. Göründüyü kimi, Çin nə açıq müharibə aparır, nə də Qərblə birbaşa konfliktə girir. Ancaq fakt budur ki, Çin iştirak etmədiyi münaqişələrdən güclənərək çıxır. Bu, klassik Çin siyasi fəlsəfəsinin – “çəkilmə, müşahidə et, zəifləyəni ələ al” – real tətbiqidir. Çin üçün nə Ukraynanın ərazi bütövlüyü, nə də Rusiyanın təcridi vacib deyil. Məqsəd, dünya iqtisadiyyatında liderliyin Çinə keçməsidir. Bu isə nəticə etibarilə Çinin hərbi qələbəsidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya