ABŞ heyətindən Çinə qarşı sərt addım: Bütün hədiyyələr zibilə atıldı

ABŞ lideri Donald Trampın Pekin səfərindən sonra ABŞ nümayəndə heyətinin çinli rəsmilər tərəfindən verilən telefon, nişan və digər hədiyyələri təyyarəyə minməzdən əvvəl zibilə atdığı iddia olunub.

Sherg.az xəbər verir ki, məlumata görə, “Air Force One” havaya qalxmazdan əvvəl heyət üzvlərinə Çin mənşəli heç bir əşyanın təyyarəyə gətirilməsinə icazə verilməyib. ABŞ jurnalistləri və rəsmiləri onlara verilən bütün materialları hava limanındakı xüsusi zibil qutusuna atıblar.

Ağ Evin müxbiri Emily Goodin bildirib ki, göstəriş açıq olub: “Çindən gələn heç nə təyyarəyə götürülməməlidir.”