ABŞ-nin İrana qarşı mümkün hərbi müdaxilə ehtimalı yenidən gündəmə gəlib.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Donald Tramp administrasiyası İranda etirazlara sərt müdaxiləni əsas gətirərək Yaxın Şərqdə hərbi mövcudluğunu artırıb. USS Abraham Linkoln aviadaşıyıcısı, Tomahavk raketli döyüş gəmiləri və İordaniyaya yerləşdirilən F-15E təyyarələri bölgədədir.
Mənbələrə görə, Vaşinqton “məhdud və hədəfli zərbələr”, xüsusilə etirazlara görə məsul tutulan yüksək vəzifəli iranlı rəsmilər və komandirlərə qarşı əməliyyatları nəzərdən keçirir. Qərar hələ verilməyib.
Ekspertlər bildirir ki, İran mümkün cavab olaraq Hörmüz boğazını bağlaya və regiondakı müttəfiq qüvvələri hərəkətə keçirə bilər. Tehran isə artıq yeraltı raket bazaları və S-300 HHM sistemlərinin döyüşə hazır olduğunu nümayiş etdirib. ABŞ və İsrail regionda gərginliyin genişlənməsindən narahatdır.