ABŞ prezidenti Bayden İsrailə yola düşüb
Yusif Nəzərli
22:36 17.10.2023
Gündəm
439
Fələstin, Misir və İordaniya isə Co Baydenlə görüşü ləğv edib
İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra Fələstin, Misir və İordaniya ABŞ prezidenti Co Baydenlə görüşü ləğv edib. Buna baxmayaraq Bayden İsrailə getmək üçün yola çıxdı.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, İsrail qüvvələri dünən axşam saatlarında Qəzzada bir xəstəxananı hədəfə alıb. Qəzzanın Səhiyyə Nazirliyi hava hücumunda ən azı 500 nəfərin öldüyünü açıqlayıb.
Hücum ABŞ prezidenti Co Baydenin İsrailə səfərindən bir gün əvvəl baş verib.
Fələstin prezidenti Mahmud Abbas hücumdan sonra İordaniyaya səfərini yarımçıq kəsib. Abbas həmçinin bu gün Əmmanda keçirilməsi planlaşdırılan, İsrail və HƏMAS arasındakı münaqişələrin müzakirə olunacağı Bayden və digər liderlərlə görüşdə iştirakını da ləğv edib.
Bu inkişafdan sonra Misir və İordaniya da bu istiqamətdə addımlar atıb.
İsrailin Qəzzada xəstəxanaya hücumundan sonra iki ölkə ABŞ prezidenti Co Baydenlə görüşü ləğv edib.
Baydenin Təl-Əvivdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcəyi, daha sonra İordaniya kralı Abdulla, Misir prezidenti Əbdülfəttah Əl Sisi və Fələstin prezidenti Mahmud Abbasla görüşmək üçün İordaniyaya gedəcəyi gözlənilirdi.
Digər tərəfdən ABŞ prezidentinin İsrailə doğru hərəkət etdiyi açıqlanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou