AK Parti Sinan Oğanla əməkdaşlıq məsələsinə münasibət bildirib
Yusif Nəzərli
13:40 20.05.2023
Gündəm
514
“Cümhur İttifaqı”nın tarixində indiyədək alver olmayıb”.
“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) sədrinin birinci müavini Numan Kurtulmuş deyib.
O bildirib ki, Türkiyə hakimiyyəti həmişə milli maraqları düşünüb, kimisə hansısa vəzifəyə gətirmək barədə fikirlşəməyib.
Hakim partiyanın rəsmisi prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunda prezidentliyə keçmiş namizəd Sinan Oğanla mümkün əməkdaşlıq məsələsinə də aydınlıq gətirib: “Ata” siyasi blokunun namizədi Sinan Oğan ilk turda müəyyən səs topladı. Buna görə onu təbrik edirəm. Amma fakt budur ki, daha yarışda Sinan Oğan yoxdur. Mübarizə "Cümhur İttifaq"ının namizədi Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi Kamal Kılıçdaroğlu arasında gedir".
N.Kurtulmuşun söyləyib ki, o, S.Oğanın tərəfdarlarının K.Kılıçdaroğluna səs verəcəyinə düşünmür.
Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.
Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.
“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media
İlham Əliyev Daşkənddə Müstəqillik abidəsini ziyarət edib
14:00 23.08.2026
Rəsmi
Yenidən prezident seçilmək hüququm var - Tokayev
13:43 23.08.2026
Aktual
Suriya XİN: İsraillə danışıqlar bərpa oluna bilər
13:27 23.08.2026
Aktual
İlham Əliyev Özbəkistana dövlət səfərinə gəlib
13:10 23.08.2026
Rəsmi
Sabah 40 dərəcə isti olacaq
12:50 23.08.2026
Ekologiya
İran Məkkə sazişinə dəvət edildi
12:31 23.08.2026
Aktual
Rusiya Ukraynada sərnişin qatarını vurdu
11:44 23.08.2026
Gündəm
Qazaxda iki minik avtomobili toqquşub, 3 nəfər ölüb
11:15 23.08.2026
Hadisə