Ararat Mirzoyan və Kaya Kallas arasında telefon danışığı olub

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasla telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, həmsöhbətlər Ermənistan-Aİ tərəfdaşlığının strateji gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsinə yönəlmiş işləri müzakirə ediblər.

Rəsmilər qarşıdakı yüksək səviyyəli səfərlər və tədbirlərin gündəmindəki məsələlər və təşəbbüslərə də toxunublar.

Ararat Mirzoyan və Kaya Kallas İrandakı hadisələr və vəziyyətin həlli imkanları barədə fikir mübadiləsi aparıb.