Artıq hər kəs əmindir
Yusif Nəzərli
23:48 17.10.2023
Gündəm
337
Xalq-iqtidar birliyi bundan sonrakı tarixi mərhələdə də milli məqsədlərimizə çatmaq üçün ən gözəl vasitədir
"15 oktyabr 2023-cü il Azərbaycanın bütün ərazilərində konstitusion quruluşunu tətbiq etdiyi tarixi bir gündür".
Bu sözləri "Sherg.az"a millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, 15 oktyabr milli qürur və milli iradəmizin təntənəsi günüdür: "Xankəndi keçmiş "Dağlıq Qarabağ Muxtar Vilayəti"nin əsas şəhərlərindən biri kimi 1923-cü ildə Azərbaycanın iradəsindən kənarda yaradılmış bir paytaxt idi. Ümummilli dövlətçiliyimizin təməllərinin altına yerləşdirilmiş uzunmüddətli mina idi. Azərbaycan Prezidenti yüz il işğal altında qalmış Xanımızın şəhərini - Xankəndini işğaldan azad etməklə, ora Azərbaycan bayrağını sancmaqla yeni tarix yazdı. Bu hadisə xalqımızın ümummilli qələbəsinə, sevincinə, qüruruna səbəb oldu. Əlbəttə ki, Xankəndi, Xocalı, Xocavənd, Ağdərə, Suqovuşanda, Sərsəngdə bayrağımızın ucaldılması həm də bu torpaqlar uğrunda öz canından keçmiş şəhidlərimizin ruhunu şad etdi".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan son yüz ildə ilk dəfədir ki, özünün inzibati siyasi sərhədləri üzərində suveren hüquqlarını yaratmaqla dövlətçilik tarixinin inkişafında yeni mərhələyə qədəm qoydu:
"Bu mərhələ yeni yüzillikdə qarşımızda yeni çağırışlar da müəyyənləşdirdi. Artıq hər kəs əmindir ki, xalq-iqtidar birliyi bundan sonrakı tarixi mərhələdə də milli məqsədlərimizə çatmaq üçün ən gözəl vasitədir. Bu, 21-ci əsrdə milli dövlətçiliyimizin gələcək inkişafını təmin edəcək".
Oxşar xəbərlər
Özbəkistan Ermənistana Mərkəzi Asiya-Cənubi Qafqaz dəhlizinin inkişafını təklif edib
13:31 11.09.2026
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
12:47 11.09.2026
Xəbər lenti
Hamısına bax
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm