Avropa Parlamentində Ermənistan üçün gömrük güzəştlərinin müəyyən edilməsi məsələsi müzakirəyə çıxarılacaq.
Ermənistan mediası xəbər verir ki, Avropa Parlamenti sentyabrın 15-də Ermənistan üçün gömrük güzəştlərinin müəyyən edilməsi məsələsinə səs verəcək.
Qeyd edək ki, ötən həftə Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi Ermənistandan Aİ ölkələrinə idxal edilən bir sıra məhsulların gömrük vergisindən müvəqqəti olaraq azad edilməsi ilə bağlı qərarı təsdiqləyib.