Avtomobil üçün etibarnamənin telefonla verilməsi yaxşı haldır: Amma sui-istifadə olmamalıdır
Fidan Həmişəyeva
08:17 17.10.2019
Gündəm
2091
Azərbaycanda avtomobil üçün etibarnamə telefonla veriləcək. Bu barədə Ədliyyə Nazirliyinin İnformasiya Texnologiyası idarəsinin rəisi Ağakərim Səmədzadə bildirib. İdarə rəisi söyləyib ki, bu yenilik smartfonlarda mümkün olacaq, smartfon sahibləri mobil tətbiq yükləyərək notariusa getmədən etibarnamə verə biləcəklər. Mobil tətbiqi “App store”dən və ya “Play market”dən pulsuz yükləmək olar. Tətbiqi yükləyərək qeydiyyatdan keçdikdən sonra vətəndaşın 2007-ci ildən bugünə qədər rəsmiləşdirdiyi bütün notarius sənədləri smartfonda əks olunur.
“Bu mobil tətbiq vasitəsilə yaxınlıqda olan notariusu da tapa bilərsiniz. Hətta onlayn formada notariusun daxili görüntüsünə 360 dərəcədə baxa bilərsiniz. Ondan başqa, rəsmiləşdirmək istədiyiniz əməliyyat, ödənişi kimlər iştirak etməlidir, hansı sənədlərin tətbiq olunması barədə məlumatlar əldə etmək olacaq”.
Yeni mobil tətbiq oktyabrın sonu, noyabrın əvvəlində işə düşəcək:
“Vətəndaşlar avtomobillə bağlı etibarnaməni heç bir yerə getmədən mobil cihazdan istifadə etməklə 24 saat ərzində istədiyi şəxsə verə biləcək. Dünyada bu sahədə təcrübə çox məhduddur. Demək olar ki, heç yerdə yoxdur, biz birinciyik.
Yeni sistemlə bağlı “Sherg.az”a danışan Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov bildirib ki, avtomobillərin etibarnamə məsələsi 2 cəhətdən maraqlıdır. Birinci tərəfi mənəvi, ikinci tərəfi isə hüquqidir. Ekspert qeyd edib ki, ölkəmizdə çoxlu nəqliyyat vasitələri var. Bunlar da 4 sektora bölünür:
“Birinci sektora ümumi təyinatlı nəqliyyat vasitələri aiddir və burada etibarnamə yoxdur. Çünki həmin avtomaşınlar idarə və ya müəssisələrə məxsusdur. İkinci sektor idarə tabeçiliyində olan nəqliyyat sektoru adlanır. Burada şirkətlərə, nazirliklərə məxsus nəqliyyatlar var. Bunlar üçün də etibarnamə yoxdur.
Üçüncü isə sahibkarlara məxsus sektordur və idarə zamanı etibarnamə lazım deyil. Lakin 4-cü və ən çoxluq təşkil edən sektor şəxsi istifadədə olan nəqliyyat vasitələridir. Burada isə etibarnamə iki formada olur. Etibarnamə doğma övlada, ataya, qardaşa, yəni ən yaxın adamlara verilir. Belə olan hallarda xüsusi şərtlər qoyulur ki, etibarnamə yalnız doğmalar üçün nəzərdə tutulur. Bu isə daha yaxşı haldır. Əvvəllər isə etibarnamə 10 illik verilirdi və heç bilinmirdi ki, maşının sahibi haradadır. Belə bir şərt qoyulsun ki, yalnız mənəvi cəhətdən yaxın olan adamlara etibarnamə verilsin. Amma təhlükəsizliyi təmin etmək üçün bəzi sənədləşmə işləri də lazımdır. Etibarnamə verilən zaman şərt qoyulmalıdır ki, sürücülük vəsiqəsi, yəni sürmə hüququna malik olan şəxslərə etibarnamə verilsin. Bəzi vaxt notarius tərəfindən veriləndə sənədlərə baxırdılar. İndi isə bu, elektron formada həyata keçiriləcək və olduqca yaxşı haldır. Çünki insanların işləri rahatlaşır. Lakin ölkəmizdə sürücülük mədəniyyəti özünü göstərməli və sui-istifadə halları olmamalıdır. Amma yeni sistemin icra mexanizmi və yerinə yetirilmə modeli tam işlənilməyib. Bir az işlənildikdən sonra mənfi və müsbət cəhətlər analiz olunacaq”.
Yeni sistemin müsbət olduğunu deyən ekspert sui-istifadə hallarının da istisna edilməyəcəyini deyib:
“Çünki bu məsələdə yol-nəqliyyat hadisələri və təhlükəsizlik halları var. İnsanların işini asanlaşdırdıqdan sonra təhlükəsizlik üçün şərait yaradılırsa, bu yaxşıdır. Amma heç bir zaman razı deyiləm ki, insanların işi asan olsun lakin təhlükəsizlik məsələsi nəzərə alınmasın. Etibarnamə yalnız şəxsi istifadədə olan nəqliyyat vasitələrinə aiddir. Ona görə də yeni sistemin icra mexanizmi qurularkən təhlükəsizlik məsələlərini həll etməlidirlər. Xarici təcrübələrə və müasir texnologiyalara uyğun olaraq nəqliyyat sahəsində də yeniliklərin olması yaxşı haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region