Azərbaycan və Tacikistan XİN-ləri əməkdaşlıq haqqında memorandum imzalayıblar
16:38 02.05.2024
Gündəm
412
2 may 2024-cü ildə Tacikistanın paytaxtı Düşənbə şəhərində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
APA xəbər verir ki, Azərbaycan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Samir Şərifov, Tacikistan Respublikasının nümayəndə heyətinə xarici işlər nazirinin müavini Sodiq İmomi rəhbərlik edib.
Siyasi məsələhətləşmələr zamanı iki ölkə arasında siyasi, iqtisadi-ticarət, mədəni-humanitar və ikitərəfli, eləcə də beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik, habelə qarşılıqlı maraq kəsb edən digər məsələlər müzakirə olunub.
Azərbaycan Respublikasının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) yeni əməkdaşlıq sahələri üçün əlverişli imkan yaratdığı vurğulanıb və bu mötəbər tədbirin təşkili ilə bağlı qarşı tərəfə məlumat verilib.
Bununla yanaşı, iki ölkə arasında müqavilə-hüquq bazası və baxılmaqda olan layihələr ətrafında fikir mübadiləsi aparılıb.
İclas zamanı “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Tacikistan Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb.
Eyni zamanda, 2 may 2024-cü il tarixində Azərbaycan Respublikası və Tacikistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında konsulluq məsləhətləşmələri də keçirilib.
Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov, Tacikistan nümayəndə heyətinə isə Tacikistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq Baş idarəsinin rəisi Safarzoda Bahodur rəhbərlik edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycan üçün mühüm tərəfdaş ölkə olan Tacikistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparıılıb. Danışıqların sonunda iki ölkənin nümayəndə heyətləri tərəfindən görüşün protokolu imzalanıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm