Azərbaycana dünyanın marağı böyükdür - ŞƏRH

Belə tədbirlər olanda insanlar gəlib iştirak etmək, ölkəmizi görmək, yaxından tanımaq istəyirlər

Paytaxtımız yenə dünya miqyaslı tədbirə ev sahibliyi edir. Ölkəmiz qlobal tədbirlərə ev sahibliyi etməkdə artıq mükəmməl təcrübəyə malikdir. İndiyədək keçirilmiş çoxsaylı beynəlxalq forum, konfransların keçirildiyi tarixə baxsaq, hər birinin uğur hekayəsi olduğunu görərik. Bunu dünya da görür və məhz bu səbəbdən iştirakçılar, qonaqlar hər dəfə Azərbaycana böyük həvəslə gəlirlər. BMT-nin Ümümdünya Şəhərsalma Forumu 13 sessiyası da əlbəttə ki istisna olımadı. Bu gün şəhərimiz minlərlə əcnəbini qonaqlayır. Həm də ən yüksək səviyyədə. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumun açılış mərasimindəki çıxışında da mühüm məqamlara toxundu. Və bildirdi ki, ölkəmizin unikallığı həm də özünü onda göstərir ki, bu gün dünyada münaqişələr, müharibələr alovlandığı bir dövrdə Azərbaycan COP29, WUF13 kimi qlobal tədbirləri uğurla təşkil etməklə qlobal məsələlərin müzakirə olunduğu təhlükəsiz bir platformaya çevrilib.

Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin çıxışı yenə diqqət mərkəzindədir. Təbiidir, çünki onun bütün çıxışları hər zaman diqqət mərkəzində olub. Cənab Prezidentin WUF -13-dəki çıxışı da bu qəbildəndir: 

- Həqiqətən də Azərbaycan dünyanın qlobal problemlərinin təkcə müzakirə olunduğu deyil, həm də həll edildiyi məkana çevrilib. Demək olar bütün dövlətlərin rəhbərləri, rəsmi şəxsləri, ictimaiyyət nümayəndələri Azərbaycana gəlir, gedir. Bu cür mötəbər tədbirlərdə dünyanın əksər dövlətlərinin rəsmi şəxsləri, nümayəndələri iştirak edir. Hazırda Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda 180-dən artıq dövlət iştirak edir. BMT-də dövlətlərin sayı 200-ə qədərdir. Deməli, BMT-dəki dövlətlərin az qala hamısı iştirakçıdırlar. Necə ki COP-29-da eyni hal müşahidə edilmişdi, indi iştirakçı sayı hətta daha da çoxdur. Hazırda 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Buna qədərki forumlarda iştirakçı sayı 25 min olub. Azərbaycan iştirakçı rekordunu 2 dəfə təzələyib. Bu, ölkəmizə olan marağın göstəricisdir. Azərbycana dünyanın marağı böyükdür. Belə tədbirlər olanda insanlar gəlib iştirak etmək, ölkəmizi görmək, yaxından tanımaq istəyirlər. Biz də bu baxımdan dəyərləndiririk. Həqəqətən də, Azərbaycan özünün təhlükəsizliyi, dövlət modeli, insanlar arasında münasibətlər, cəmiyyətdəki sabitlik, dövlət-vətəndaş münasibətlərinin sabitliyi, dini dözümlülük baxımından dünya üçün örnəkdir. Əlbəttə ki belə bir ölkə haqqında eşidənlər maraq göstərir ki, yerində gəlib görsünlər. Gəlirlər, görürlər, dünyanın hər tərəfində bu haqda danışılır, yazılır, göstərilir. Belə bir şəraitdə insanların marağı yaranır. İştirakçı sayının artması həm də bundan qaynaqlanır. Azərbaycan uğurlu dövlət modeli yarada bilib, bir deyil, bir çox sahələrdə, Bu bütün dünyanın diqqətini çəkir və qlobal problemlərin müzakirə platformasına çevrilib.