Azərbaycanda güclü zəlzələ gözlənilir? – Mərkəz rəhbərindən CAVAB
Fidan Həmişəyeva
13:35 27.01.2020
Gündəm
1050
Türkiyədə yenidən zəlzələ olacağı bildirilir. Məlumata görə, Mərmərə dənizinin Silivri hissəsində 7,6 bal gücündə zəlzələ baş verəcəyi ehtimal olunur. Mərmərədə baş verəcək zəlzələ Avstriya və İtaliyada da hiss ediləcək. Çünki Bursanın coğrafi mövqeyi zəlzələnin təsirini gücləndirərək ətraf ərazilərə yaya bilər.
Qeyd edək ki, bir nüçə gün öncə Türkiyənin Elazığ vilayətində güclü zəlzələ baş verdi, xeyli sayta dağıntılar, ölən və yaralananlar oldu.
Qardaş ölkədə baş verən zəlzələnin Azərbaycana nə dərəcədə təsir edəcəyi barədə Sherg.az-a danışan Respublika Seysmoloji Xidmət Mərkəzinin Qurban Yetirmişli bildirib ki, Abşeron yarımadası bioloji quruluş cəhətdən mürəkkəbdir.
Onun sözlərinə görə, bu yarımada olduqca qarışıqdır:
“Burada qurunt suları, suxurların və layların parçalanıb düşməsi və qalxması, həmçinin sürüşmə zonaları mövcuddur. Binaları tikəndə hər bir bina üçün ayrıca olaraq binaaltı ərazidə tədqiqat aparmaq lazımdır. Türkiyədəki dağıntılar bir layihə ilə eyni mərtəbəli binalarda baş verib. Çünki yuxarıda sadaladığımız məsələləri nəzərə almaq lazımdır. Binaları necə gəldi tikmək olmaz. Geoloji quruluş cəhətdən Türkiyənin bir tərəfdən dəniz, digər tərəfdən dəniz sahili ərazidir. Bir də görürsən ki, əhəng daşı yuxarı üst qatdadır və ondan aşağıda gil qatı, qum gedir. Bütün bunların sürüşmə modulu, məsaməliyi var. Ona görə də Türkiyədə bu qədər dağıntılar olur. Çünki binaların hamısı bir layihədir və eyni mərtəbəli binalardır. Həmin binaları necə lazımdır yana-yana tikiblər”.
“Türkiydəki zəlzələnin Azərbaycana təsiri varmı?” - sualına gəlincə, Q.Yetirmişli vurğulayıb ki, baş verənlər Azərbaycanda olan seymsik zəlzələ ocaqlarını oyada bilməz:
“Türkiyədəki zəlzələnin ölkəmizə heç bir təsiri yoxdur. Çünki həm məsafə etibarı ilə, həm də geoloji quruluş cəhətdən tamam fərqli regionlardır. Ölkəmiz də elə gün olmur ki, zəlzələsiz ötüşsün. Bu zəlzələlər hiss olunmur. Yaxın günlərdə isə Azərbaycanda katosqrafik zəlzələ gözlənilmir. Sadəcə xırda təkanlar ola bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur
İsraillə müharibə olarsa, NATO Türkiyəni tək qoyacaq
11:31 18.10.2026
Dünya