Azərbaycanda onkoloji xəsətliklər niyə artır ? – Əsl səbəblər sadalandı
Fidan Həmişəyeva
14:20 05.09.2019
Gündəm
958
Bu günlərdə Azərbaycanda rəsmi qeydiyyatda olan onkoloji xəstələrin statistikası açıqlanıb. Məlumata görə, ölkəmizdə son 14 il ərzində onkoloji xəstələrin sayı 2 dəfədən çox artıb. 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan onkoloji xəstələrin sayı artaraq 48 685-ə yüksəlib.
2017-ci ildə bu say 45 756, 2015-cı ildə 40 653, 2010-cu ildə 28 052, 2005-ci ildə 23 088 olub.
Maraqlıdır, Azərbaycanda onkoloji xəstəliklər niyə artır? Bu nə ilə bağlıdır, hava, qida, yoxsa tamamilə başqa səbəblər var?
Sualımızı cavablandıran Azərbaycan Demokrat Partiyasının sədri, həkim Sərdar Cəlaloğlu “Sherg.az”a açıqlamasında söylədi ki, onkoloji xəsətliklərin artmasının əsas səbəblərindən biri qida faktorunun oynadığı roldur.
Həkim bildirib ki, xərçəng xəsətliyi daha çox konserigen maddələrin təsirindən əmələ gəlir:
“Konserigen maddələr min dərəcədən yuxarı istilikdə hazırlanan qida məhsullarından ibarər olur. Məlumdur ki, konservləşmiş və müxtəlif paketlərdə olan qidalar olduqca yüksək dərəcədə hazırlanır.
Həmçinin neft məhsullarında da konserigen maddələr var. Xüsusilə yerin tərkibindən çıxan neftdən ayrılan sularda konserigen maddələr var ki, onlar havaya buraxılanda buxarlanma ilə ağciyərə daxil olur. Ölkəmizdə xərçəng xəsətliyinin artmasının səbəbi qidalanma və ekologiyanın çirklənməsi ilə bağlıdır.
2 il bundan öncə Bakı dünyanın ən çirkli şəhərlərindən biri hesab olunurdu. Çirkli deyəndə söhbət küçələrdəki zibbilliklərdən yox, havanın və torpağın neft məhsulları ilə çirkənməsindən gedir. Neft buruqlarının yaxınlığında yaşamaq insan həyat üçün olduqca təhlükəlidir.
Amma görürük ki, Binəqədi, Suraxanı və digər yerlərdə camaat neft buruqlarının içində yaşayır. Ona görə neft buruqlarının təsiri ilə də onkoloji xəsətliklər artmaqdadır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:30 18.08.2026
İnfrastruktur
Bakıda 30 yolda təmir işləri yekunlaşdırılıb
19:23 18.08.2026
İnfrastruktur
Azərbaycan CNN-ə qarşı ABŞ məhkəməsində iddia qaldırdı
18:18 18.08.2026
Media
Bakıda ticarət mərkəzində yanğın - FOTO
18:16 18.08.2026
Hadisə
İsrail rəsmisi: Şaraa Bəşər Əsəd kimi davrana bilməyəcəyini bilir
18:00 18.08.2026
Dünya
Tramp ABŞ-ın İranla danışıqlar aparmadığını bildirib
17:59 18.08.2026
Gündəm
Tramp: İranla danışıqlar aparmaq niyyətində deyilik
17:42 18.08.2026
Gündəm
Ukraynanın mümkün yeni müdafiə nazirinin adı açıqlandı
17:39 18.08.2026
Dünya
Danimarka ilk dəfə Qrenlandiyaya hərbi qüvvə göndərdi
17:31 18.08.2026
Dünya
Sibiqa: Rusiya Ukraynaya 600 milyard dollardan çox ziyan vurub
16:42 18.08.2026
Dünya
İran Trampın Hörmüzlə bağlı yeni iddiasına reaksiya verdi
15:53 18.08.2026
Gündəm
Tramp Hörmüz boğazını “ABŞ ərazisi” elan etdi - FOTO
15:38 18.08.2026
Gündəm
İrəvanda “Tramp marşrutu”nun icrası ilə bağlı müzakirə aparıldı
15:26 18.08.2026
Gündəm