Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Azərbaycanla Özbəkistan arasında media sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Yusif Nəzərli
13:45 17.10.2023
Gündəm
300
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Özbəkistan Prezidenti Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin baş direktoru Asadjan Xocayev arasında ikitərəfli görüş keçirilib.
Bu barədə "Report"a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Görüş Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının media və informasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 5-ci toplantısı çərçivəsində baş tutub.
Görüşdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, həmçinin, “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında media sahəsində əməkdaşlığın inkişafına dair “Yol Xəritəsi”nin icrası istiqamətində görüləcək tədbirlər barədə fikir mübadiləsi aparılıb.
Özbəkistan tərəfi ənənə halını alması planlaşdırılan Şuşa Qlobal Media Forumunda iştirakdan məmnunluğunu ifadə edərək növbəti forumlarda da iştirakda maraqlı olduqlarını dilə gətirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xarici diplomatlar Qarabağ Universitetində olublar - FOTO
15:05 11.09.2026
Gündəm
Bakıda ərini qətlə yetirib həyətdə basdıran qadına hökm oxunub
14:37 11.09.2026
Hadisə
Maqdalena Qrono Ermənistana səfər edəcək
14:33 11.09.2026
Gündəm
Gürcüstanda azərbaycanlılar arasında doğum səviyyəsi azalıb
14:31 11.09.2026
Cəmiyyət
SEPAH: İranın bu qədər təzyiqdən sonra dağılmaması möcüzədir
13:58 11.09.2026
Dünya
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya