Bakı metrosunun 3 stansiyasının fəaliyyəti müvəqqəti dayandırılır - RƏSMİ
09:15 19.10.2019
Gündəm
538
"Özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun oktyabrın 19-da saat 15-də mitinq keçirilməsi ilə bağlı müraciətinə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq cavab verilməsinə baxmayaraq, mitinqin təşkilatçıları həmin vaxtda qanunla qadağan edilmiş yerdə, yəni Bakı metropoliteninin "28 May" stansiyasının qarşısında razılaşdırılmamış qanunsuz aksiya keçirəcəkləri barədə sosial şəbəkələrdə məlumatlar paylaşmışlar. "Bakı Metropoliteni" QSC bəyan edir ki, nəqliyyatın işini pozan qanunsuz hərəkətlərə yol veriləcəyi təqdirdə bütün məsuliyyət təşkilatçıların üzərinə düşəcək”.
Bu barədə APA-ya "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, strateji əhəmiyyətli və kütləvi nəqliyyat infrastrukturunun fəaliyyətinin iflic olmaması, eləcə də bu nəqliyyat vasitələrindən istifadə edən vətəndaşların hüquqlarının qorunması məqsədilə, Bakı metropoliteninin "28 May", "Cəfər Cabbarlı" və "Xətai" stansiyalarının oktyabrın 19-da saat 13:00-dan fəaliyyətinin müvəqqəti dayandırılması qərara alınıb.
Qeyd olunub ki, metropolitenin mühafizə zonalarında qanunsuz aksiya keçirilməsinə çağırışlar edən şəxslər, yaxud belə hüquqazidd aksiyaların təşkilatçıları haqqında qanunvericilikdə nəzərdə tutulmuş sərt tədbirlərin görülməsi barədə aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Oxşar xəbərlər
Prezident “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
12:15 08.12.2025
ABŞ səfirliyi: General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi
11:44 08.12.2025
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü
16:42 08.12.2025
Siyasət
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya