Bakıda xalça və it oğurlanıb
11:48 20.08.2019
Gündəm
491
Avqustun əvvəlindən Bakı ərazisində 700-dən çox şəxsi və dövlət əmlakı qarət olunub. Bu barədə Oxu.Az-a paytaxtın daxili işlər orqanlarının rayon bölmələrindən məlumat verilib.
Qeyd edək ki, oğurluqların əksəriyyəti xırdadır. Ötən gün ərzində 37 oğurluq faktı qeydə alınıb.
Nərimanov rayonunun Əziz Əliyev küçəsində, 1993-cü məhəllə ərazisində yerləşən məşhur restorandan böyük məbləğdə pul oğurlanıb.
Restoran sahibi 1996-cı il təvəllüdlü Kənan Hüseynlinin ofis masasından 24 min manat götürülüb.
Zərərçəkən şəxs oğrunun açıq qapıdan girdiyini iddia edir – bu hadisənin avqustun 19-da, 14:00-18:00 radələrində baş verdiyi ehtimal olunur. Hələlik faktla bağlı saxlanılan yoxdur. Hüquq-mühafizə orqanının əməkdaşları oğurluqda restoran işçilərindən birinin əlinin olduğunu istisna etmirlər.
Həmin rayonda avqustun 19-da kişi öz həyat yoldaşından şikayət edib. 79 yaşlı M.A-nın sözlərinə əsasən, onun 70 yaşlı yoldaşı evin seyfindən 8500 manat və 1800 ABŞ dolları oğurlayıb. Lakin bunu sübut etmək elə də asan deyil. Hazırda Nərimanov rayonunun 18-ci Polis Bölməsinin əməkdaşları fakt üzrə araşdırma aparır. Onlar yaşlı qadının nə üçün təcili olaraq 11 min manata ehtiyacı olduğunu aydınlaşdırmağa çalışırlar.
Paytaxtın Binəqədi rayonunda xadimə ev sahibinin mənzilindən əllə toxunan və 18 min manat dəyəri olan üç xalça oğurlayıb. Bu barədə zərərçəkən 1967-ci il təvəllüdlü Afət Əliyeva rayonun 5-ci bölməsinə şikayətində bildirib.
Onun sözlərinə görə, oğurluq 26 iyundan 18 avqust tarixinədək olan müddətdə törədilib. Qeyd edək ki, şübhəli şəxsin adı Sevildir. Lakin hələlik fakt üzrə saxlanılan yoxdur. Polis əməkdaşları göstərilən cinayətlə bağlı xadiməni istintaqa cəlb edib. Birbaşa sübutların olmadığı üçün qadının təqsirli olduğu sübut edilməyib.
Xəzər rayon sakini, 1982-ci il təvəllüdlü Ələkbər Soltanovun iti oğurlanıb. Pekines cinsindən olan it onun Binə qəsəbəsindəki evinin həyətindən yoxa çıxıb. Qeyd edək ki, bazarda bu itin qiyməti 400 manatdır.
Bütün faktlar üzrə araşdırma aparılır.
Oxşar xəbərlər
Prezident “Global Infrastructure Partners” şirkətinin baş icraçı direktorunu qəbul edib
12:15 08.12.2025
ABŞ səfirliyi: General Makkininin səfəri Azərbaycanla müdafiə əməkdaşlığını möhkəmləndirdi
11:44 08.12.2025
Xəbər lenti
Hamısına bax
Sahibə Qafarova İranın xarici işlər naziri ilə görüşdü
16:42 08.12.2025
Siyasət
Aİ İlon Maska cavab verib
16:27 08.12.2025
Dünya
“Qarabağ” - “Ayaks” matçına satılan biletlərin sayı açıqlanıb
16:20 08.12.2025
Futbol
6 gün Bakıya qar yağacaq - Tarixi bilindi
16:12 08.12.2025
Ekologiya
Suriya Bəşər Əsədin devrilməsinin ildönümünü qeyd edir
16:05 08.12.2025
Dünya
Məhkəmədən Məmməd İbrahim barəsində qərar...
15:58 08.12.2025
Hadisə
Tezliklə Rusiya və Ukrayna arasında sülh elan oluna bilər
15:40 08.12.2025
Dünya
Zelenski: Danışıqlar ərazi məsələsinə görə dalana dirənib
15:33 08.12.2025
Dünya
"Qarabağ"dan "Ayaks"la oyun öncəsi azarkeşlərə müraciət
14:55 08.12.2025
Futbol
Antalyada 4,9 bal gücündə zəlzələ olub
14:42 08.12.2025
Dünya
Bələdiyyə işçiləri ayaqqabısız etiraz aksiyası keçirirlər
14:36 08.12.2025
Dünya
"Fərdi jurnalist müsabiqəsi"nin nəticələri açıqlanıb
14:32 08.12.2025
Media
Kupon Booking “Dedublüman”ı Bakıya gətirir
13:53 08.12.2025
Şou
Tramp "Netflix"lə razılaşmanın problem yaradacağını düşünür
13:40 08.12.2025
Dünya