Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı Səlahəddin Demirtaşı həbsxanada ziyarət etmədiyini bildirib.
“Millet” xəbər agentliyinə danışan Bağçalı bununla belə, Demirtaşla mütəmadi olaraq vəkilləri vasitəsilə ünsiyyət qurduğunu və onun vəziyyəti ilə maraqlandığını deyib.
“O da mənə salamlarını göndərir. Yaxşı münasibətlərimiz var. Həm də ondan hər hansı bir istək və ya ehtiyacının olub-olmadığını soruşuram. Biz Türkiyə Böyük Millət Məclisində birlikdə çalışmışıq”, - MHP lideri vurğulayıb.
Baxçalı daha əvvəl səsləndirdiyi “Səlahəddin Demirtaş evinə qayıtmalıdır” açıqlamasına da münasibət bildirib. Bağçalı yenə həmin fikrində qaldığını vurğulayıb, o bir daha bəyan edib ki, Səlahəddin Dəmirtaş evinə qayıtmalıdır.
MHP lideri əlavə edib ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalan “ümid hüququ”na qovuşmalıdır: “Məqsədimiz Türkiyə və regionda sülhə nail olmaqdır”.
Qeyd edək ki, bu bu həftə Türkiyə parlamentində müzakirəyə çıxarılması gözlənilən çərçivə qanun layihəsi PKK-nın tərksilah prosesi üçün hüquqi əsas yaradacaq. AK Partiya bu gün Türkiyə Böyük Millət Məclisində keçiriləcək qapalı qrup iclasında Milli Həmrəyliyin Gücləndirilməsi haqqında qanun layihəsini nəzərdən keçirəcək.