Bayram bayrama qarışır: Türkiyə-Azərbaycan günlərini qeyd etmək olar!
Yusif Nəzərli
14:30 24.10.2023
Gündəm
658
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibəti ilə "Türkiyə həftəsi" elan olunsun.
Bunu media nümayəndələrinə ünvanladığı müraciətdə tarix elmləri doktoru, professor Nəsiman Yaqublu bildirib.
O bildirib ki, Türkiyə hər zaman Azərbaycanın yanında olub və ümumi dəyərlərə görə biz çox bağlıyıq:
"Buna görə də bu həftəki yaradıcı fəaliyyətimizdə Türkiyənin bu mühüm tarixi gününə aid yazılar, sənədlər, fotolar, maraqlı fikirlər paylaşmağımız, nəşr etdirməyimiz bir sayğı əlaməti olardı. Yəni bu həftəni "Türkiyə həftəsi" olaraq qəbul edək, dəyərləndirək!".
Nəsiman Yaqublunun fikirlərinə münasibət bildirən Millət vəkili Sabir Rüstəmxanlı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, öncə Türkiyə Cümhuriyyətinin 100 illiyi münasibətilə qardaş ölkədə yaşayan bütün soydaşlarımızı təbrik edirəm:
"Bu dünya tarixinə yeni yön verən bir hadisənin 100 illiyidir. Türkiyə Cümhuriyyətinin qurulması onlara qarşı olan tələlərin qələbəsidir. Osmanlını parçalamaq istəyən qüvvələr İkinci dünya müharibəsindən sonra Türkiyənin qatıldığı blokun məğlubiyyətini görəndə onu 5 yerə böləcəklərini düşünürdülər. Guya bir hissəsində Fransa yerləşəcək, digər hissəsində isə İran və Ermənistan qalacaq. Bunların hamısı isə xəyal idi. Amma ən böyük sərkərdə və dahi siyasətçi Atatürkün atdığı dəqiq addımlar bu xəyalların hər birini məhv etdi.
Cənubi Ankaranın 60-70 km-nə çatan rumları süpürüb türklər dənizə tökdü. Bu böyük qələbədən sonra Türkiyə özünə gələrək dirçəldi. Türkiyə xalqı çox çətin vəziyyətdə torpaqları uğrunda vuruşaraq düşməndən azad etdi. İngilis, Fransız və Avropa ölkələrinin bir çox xəyanətkar siyasəti Osmanlını gətirib elə bir yerə çıxartdı ki... Həmçinin, Osmanlının daxilində gedən proseslər də buna səbəb olmuşdu. İttihad və Tərəqqi partiyasının apardığı işlər içində mütərəqqi şeylər də var idi. Amma bu demokratiya ölkəni faciəli nəticələrə gətirirdi. Atatürk milli dövləti qurdu. Türkiyə isə bununla Cümhuriyyət yolunu seçdi".
Xalq şairi onu da qeyd edib ki, Şərqdə Azərbaycandan sonra ikinci ən böyük dövlət 100 il yaşayan Türkiyə Cümhuriyyəti quruldu:
"Türkiyə Avropa və Asiya ölkələri arasında ən güclü dövlətlərdən biridir. Eyni zamanda dünyada söz sahibidir. Bundan sonra 100 illər ötəcək yenə də Türkiyə Cümhuriyyəti yaşayacaq. Osmanlı 600 il yaşamışdı, Cümhuriyyət bundan qat-qat artıq yaşayacaq. Nəsiman Yaqublunun təklifi çox gözəl təşəbbüsdür. Azərbaycan və Türkiyə getdikcə yaxınlaşır. Türk xalqları arasında heç zaman bu qədər real birlik və mehribanlıq olmayıb. Türkiyə 1918-ci ildə olduğu kimi yenə də Azərbaycan savaşının taleyində həlledici rol oynadı. Ona görə də, Türkiyənin Cümhuriyyət bayramını Azərbaycan böyük rəğbətlə qeyd edəcək. Bu bayramdan sonra Azərbaycanın zəfər qələbəsi olacaq. Bu iki bayramı bir-birinə qarışdıraraq ayın axırına qədər Azərbaycan və Türkiyə günləri kimi qeyd etmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq